Icma.az
close
up
RU
Deputat: Azərbaycan Ermənistan sülhü yol xəritəsidir

Deputat: Azərbaycan Ermənistan sülhü yol xəritəsidir

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzun, eyni zamanda dövlət başçımızın humanizm, multikulturalizm və sülh dəyərlərinə verdiyi ardıcıl töhfənin bariz ifadəsidir. 

Bu nüfuzlu mükafatın təqdim olunması möhtərəm Prezident İlham Əliyevin yalnız regional lider kimi deyil, həm də qlobal miqyasda sülhü, dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq edən dövlət xadimi kimi qəbul edildiyini bir daha təsdiqləyir".

“Cebheinfo.az” xəbər verir ki,  bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, “Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nahyanın adını daşıyır və insanlıq, tolerantlıq, mərhəmət və birgəyaşayış dəyərlərinin təşviqinə xidmət edən beynəlxalq təşəbbüslər sırasında xüsusi yer tutur:

“Bu mükafatın məhz Prezident İlham Əliyevə təqdim edilməsi Azərbaycanın son illərdə həyata keçirdiyi humanitar, sülhpərvər və multikultural siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin nəticəsidir. 

Mükafatın təqdim olunması mərasimində çıxış edən Prezident İlham Əliyev bu ali mükafata layiq görülməyi böyük şərəf hesab etdi və münsiflər heyətinə, tədbirə ünvanladıqları xoş müraciətlərə görə həmkarlarına və Ermənistanla sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını bildirdi. 

Dövlətimizin başçısı qeyd etdi ki, ötən ilin avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanıb, həmçinin Birgə Bəyannamə imzalanıb. Bu sənədlər qarşılıqlı etimadın möhkəmləndirilməsi, beynəlxalq hüquq prinsiplərinə əsaslanan münasibətlərin qurulması və davamlı sülhün təmin olunması baxımından mühüm addım hesab olunur. 

Bununla da üç onillikdən artıq müddətdə Cənubi Qafqaz regionunda gərginliyə, minlərlə insanın həlak olmasına və geniş humanitar fəsadlara səbəb olmuş qanlı və ölümcül münaqişəyə son qoyulması istiqamətində həlledici mərhələ başlanıb. 

Vaşinqton Zirvə Görüşü təkcə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması baxımından deyil, bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi üçün yeni imkanlar açıb. Bu proses beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır və uzunmüddətli sülhə aparan yolun başlanğıcı kimi dəyərləndirilir”.

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında uzunmüddətli münaqişələrin yaratdığı dərin izlərə, insan həyatına və cəmiyyətə vurduğu mənfi təsirlərə diqqət çəkib:

“Dövlətimizin başçısı vurğuladı ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Çünki uzunmüddətli münaqişələr, illərlə davam edən qarşıdurmalar və onların doğurduğu ağır humanitar fəsadlar cəmiyyətlərdə dərin izlər buraxır. 

Belə şəraitdə formalaşan qarşılıqlı etimadsızlıq və gərginlik sülhə gedən yolu çətinləşdirsə də təcrübə göstərir ki, münaqişələrin həllində əsas amillərdən biri tərəflərin güclü siyasi iradə nümayiş etdirməsi, gələcəyə yönəlmiş praqmatik yanaşma ortaya qoymasıdır. 

Qarşılıqlı etimadın bərpası, dialoqun təşviqi və kompromislərə hazır olmaq sülh prosesinin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan Prezidentin də söylədiyi kimi, Azərbaycanla Ermənistan arasındakı sülh nümunəsi öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir”. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Fevral 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri