Icma.az
close
up
RU
Çin Birləşmiş Ştatları Venesuelaya qarşı kampaniyanı dayandırmağa çağırıb

Çin Birləşmiş Ştatları Venesuelaya qarşı kampaniyanı dayandırmağa çağırıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Pekin, 24 dekabr, AZƏRTAC

Çin ABŞ-ı narkotik ticarəti ilə mübarizə bəhanəsi ilə Venesuelaya qarşı başladığı kampaniyanı dərhal dayandırmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Sun Ley BMT-nin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı ABŞ-ın hərəkətlərinin və ritorikasının regionda gərginliyin davam etməsinə gətirib çıxardığını, bunun da region ölkələri və beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurduğunu deyib.

"ABŞ-ın hərəkətləri digər ölkələrin suverenliyini, təhlükəsizliyini və qanuni hüquq və mənafelərini ciddi şəkildə pozur, BMT Nizamnaməsini və beynəlxalq hüququ ciddi şəkildə pozur, Latın Amerikası və Karib dənizində sülh və təhlükəsizliyi təhdid edir", - deyən Çin diplomatı əlavə edib ki, regionda və ondan kənarda getdikcə daha çox ölkə ABŞ-ın hərəkətlərindən ciddi narahatlıq ifadə edir və onları qətiyyətlə pisləyir.

Sun Ley deyib ki, müstəqil, suveren dövlət olaraq Venesuela digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığı müstəqil şəkildə inkişaf etdirmək, qanuni hüquq və maraqlarını müdafiə etmək hüququna malikdir. Beynəlxalq ictimaiyyət buna hörmət etməli və dəstəkləməlidir.

Çin ABŞ-ı beynəlxalq birliyin çağırışına qulaq asmağa, bu cür hərəkətləri dayandırmağa, beynəlxalq hüquqa uyğun olaraq gəmiçiliyin təhlükəsizliyini və qanuni hüquqlarını təmin etməyə, qanunsuz birtərəfli sanksiyaları ləğv etməyə və Latın Amerikası və Karib dənizində sülh, sabitlik və inkişafa töhfə verməyə çağırır”, - deyə Çin nümayəndəsi bildirib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri