Icma.az
close
up
RU
Tramp Birləşmiş Ştatları qlobal gülüş obyektinə çevirir

Tramp Birləşmiş Ştatları qlobal gülüş obyektinə çevirir

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Ticarətin yenidən qurulması üçün əsaslı səbəblər var. Amma bu özbaşına və uyğunsuz administrasiya bunu həyata keçirə bilmir.

Qlobal ticarətin balanslaşdırılması, ABŞ hökumətinin gəlir toplama üsullarının islahı və ölkənin yenidən sənayeləşdirilməsi - Trampın əsas məqsədləri bunlardır. Əslində, ABŞ-nin əsas ticarət tərəfdaşlarına tariflər tətbiq etməsinin məntiqi səbəbləri var. Ancaq iqtisadiyyatdan az-çox anlayışı olan birini tapmaq çətindir ki, bu tədbirlərlə razılaşsın.

Qloballaşmadan zərər görmüş kifayət qədər amerikalı var - onların sənayeləri daha ucuz istehsal edən ölkələr tərəfindən sıradan çıxarılıb - və bu, ticarət sisteminin yenidən qurulması üçün inandırıcı arqument yaradır. Həmçinin, bəzi ölkələrin ABŞ məhsullarını bazardan kənarda saxlamaq üçün qeyri-tarif maneələrindən istifadə etməsi də doğrudur. Məsələn, Tramp administrasiyasının "elmi əsaslara söykənmir" deyə tənqid etdiyi Britaniyanın xlorla yuyulmuş toyuq ətinə qarşı çıxışı buna nümunədir.

Problem bundadır ki, Ağ Ev prezidentin planlarını ağlabatan şəkildə izah edə bilmir. Əvəzində, bu siyasət və onu dəstəkləyən arqumentlər tamamilə xaotik hala gəlib. Tramp ABŞ-ni gülünc vəziyyətə salır - və əsasən də bu səbəbdən maliyyə bazarları təlaş içindədir.

Tramp bir müddətlik fond bazarının uğurlarından öyünə bilməyəcək kimi görünür. Ötən həftənin sərt enişindən sonra, FTSE 100 indeksində əlavə 5 faiz düşüş qeydə alınıb, Almaniyanın DAX indeksi 6 faizdən çox, Honq Konqun Hang Seng indeksi isə əsrin ən böyük bir günlük enişini yaşayıb.

İnvestorlar yeni tarif rejiminə sərt reaksiya veriblər, bunun iqtisadiyyata ağır zərbə vuracağını anlayıblar və qorxublar. Prezidentin "təhlükəli dərman qəbul edilməlidir" fikrinə baxmayaraq, görünür, bu dərman çox acı olacaq.

Problem təkcə bu tariflərin ABŞ istehlakçıları və beynəlxalq iqtisadiyyat üçün birbaşa xərcləri ilə məhdudlaşmır. Əsas məsələ odur ki, bu siyasət tam bir ziddiyyətlər yığınıdır və investorlar bu tariflərin əsl məqsədinin nə olduğunu, qalıcı olub-olmayacağını, yaxud niyə müəyyən tarif faizlərinin seçildiyini başa düşmürlər.

Bəlkə də, tariflər prezidentin dediyi kimi "böyük sazişlər" əldə etmək üçün dünyanı qorxutmaq məqsədi daşıyan yüksək riskli danışıqlar vasitəsidir. Amma əgər belədirsə, demək onlar uzun müddət davam etməyəcək və bu halda onlardan on milyardlarla gəlir əldə etmək mümkün olmayacaq. Əgər bu tariflər həqiqətən də on milyardlarla dollar gəlir gətirəcəksə, o zaman bu da yenidən sənayeləşməyə kömək etməyəcək, çünki sadə amerikalıların əlavə pul xərcləməyə imkanı olmayacaq.

Yaxud da bəlkə bu tariflər "ticarət balansını düzəltmək" üçündür? Yaxşı, bu da mümkündür, amma bu halda niyə tariflərin müzakirə olunaraq ləğv edilə biləcəyi mesajı verilir? Ağ Evdə heç kim bu suala cavab verə bilmir və heç kim beş dəqiqədən artıq bir arqumentə sadiq qala bilmir.

Daha da pisi, bu tariflər çox zəif tətbiq olunur. Onların hesablanması çox primitiv və bəsit formulalara əsaslanır. Məsələn, niyə Lesotoya 50 faiz, amma Liberiyaya cəmi 10 faiz tətbiq olunur? Norfolk Adasının cəmi 2,188 sakini doğrudanmı qlobal ticarət sistemini manipulyasiya edir ki, onların ixracına 29 faiz tarif qoyulur? ABŞ Tayvanı qorumağa çalışırsa, niyə onun məhsullarına 32 faiz rüsum tətbiq olunur? Və açığı, Ağ Evdə birinin Kot-d'İvuarı xəritədə tapması belə təəccüblüdür, nəinki onun ixracına 21 faiz rüsumun uyğun olduğunu müəyyən etməsi.

Əgər ABŞ bu tariflərdən 500 milyard dollar və ya daha çox gəlir əldə etməyi planlaşdırırsa, onda başqa sahələrdə vergi güzəştləri olmalıdır ki, ümumi tələb səviyyəsi eyni qalsın. Amma hələ ki, belə bir plan görünmür.

Bu, tam bir xaosdur. Prezident Trampın ticarət sistemini yenidən qurmaq istəməsi başa düşüləndir. O, bunu seçki kampaniyasında da deyirdi və bu platforma ilə qalib gəldi. Amma bu tariflər mərhələli şəkildə tətbiq olunmalı, paralel olaraq vergi endirimləri edilməli və "sazişlərin" yenidən nəzərdən keçirilməsi üçün kifayət qədər vaxt ayrılmalı idi.

Şirkətlər ABŞ-da istehsal investisiyalarını artırmağı planlaşdırsa belə, belə dəyişkən və qeyri-sabit siyasət şəraitində böyük xərclərə getmələri çətin görünür.

Acı, amma açıq həqiqət budur: Bu tariflər ABŞ-ı dünyaya qarşı gülünc duruma salır - və kimsə bu siyasəti nəzarət altına almayınca, bazarlar düşməyə davam edəcək.

Mənbə: "Daily Telegraph"

Tərcümə: Kənan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Aprel 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see337

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see315

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see297

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see292

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see262

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see258

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see247

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see240

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see205

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see200

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see195

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see194

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see193

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see190

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see181

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see179

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri