Icma.az
close
up
RU
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə

Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Rusiya artıq Çinin vassalı, böyük qardaşının orbitində mövcud olan peyk ölkədir

Moskvadakı parad və ümumilikdə Si Cinpinin Rusiyaya səfəri siyasi reallığı təsdiqlədi: Rusiya Çinin vassalı, yalnız böyük qardaşının orbitində mövcud olan peyk ölkədir. Brüssel, Moskva və Vaşinqton arasında hələ də manevr edə bilən Orban və Fikodan fərqli olaraq, Moskva ilə Pekin arasında tarazlıq saxlaya bilən Mərkəzi Asiya ölkələrindən fərqli olaraq, Putinin manevr edəcək yeri, tarazlığı saxlayacaq heç kim yoxdur. Çoxqütblü dünya oyunu Rusiya üçün dalana dirənib.

Hələ 2022-ci ildə proqnozlaşdırıldığı kimi, oyunçu bütün kartları əlində saxlayaraq arenaya daxil olur. Onlar çoxdan orada idilər, amma üç qanlı il keçməli idi. Çin öz sözünü deməlidir, amma necə?

Çinin rəsmi xarici siyasət doktrinası olan bu ideya dünyanın təkbaşına həlli mümkün olmayan qlobal çağırışlarla üz-üzə qaldığı, ona görə də ən güclü və müdrik olan böyük qardaşın rəhbərliyi altında onların öhdəsindən birlikdə gəlməyin daha məqsədəuyğun olduğunu başa düşməkdən ibarətdir. Bu böyük qardaşın kim olduğunu təxmin edin Ümumiyyətlə, Çinin dünyaya baxışı belədir ki, Çin həmişə bəşəriyyətin aparıcı sivilizasiyası olub, lakin son 200 ildə o bu mövqedən alçaldıcı şəkildə qovulub və indi öz layiqli yerinə qayıdır.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı Çinin strategiyası necədir? Rusiyanın qalib gəlməsi Çinə lazımdırmı? Xeyr, lazım deyil, çünki bu, Rusiyanı gücləndirmək, daha böyük status əldə etmək, həm də güclülərin zəifin sərhədlərini dəyişmək hüququnu beynəlxalq praktikada təsbit etmək demək olardı. Çinin buna ehtiyacı yoxdur.

Rusiyanın məğlub olması Çinə lazımdırmı? Əlbəttə, yox, çünki bu, Ukraynanın şübhəsiz ki, bir hissəsi olduğu Qərb dünyasının güclənməsi deməkdir. Rusiyanın məğlubiyyəti həm də Rusiya Federasiyasının ehtimal olunan parçalanması deməkdir. Bundan sonra onun müxtəlif hissələri Çindən uzaqlaşmağa çalışacaqlar (türk və monqol xalqları bundan qorxur və nifrət edirlər), baxmayaraq ki, bəzi digər hissələri xoşbəxtliklə Çinin tərkibinə qaçacaqlar.

Beləliklə, bəlkə Çin müharibənin sonsuza qədər davam etməsini istəyir? Yenə yox, çünki bu, mənfi iqtisadi dinamika fonunda riskləri artırır.

Müharibə davam edir, amma heç kim qalib gəlmir. Müharibə davam edir, lakin müharibə aparmaq üçün resurslar tükənir. Eyni zamanda, hamı eskalasiyadan qorxur və bu, zəifləri Çinə tərəf itələyir, güclüləri isə səhv etməyə məcbur edir. Çinin maraqları baxımından Rusiya zəif, lakin təcavüzkardır. Çinin istəyi: müharibə sonsuz olsun, amma qaynar olmasın. Qeyri-müəyyənliyi idarə etmək və başqalarını bu qabiliyyətdən məhrum etmək lazımdır. Rusiyadan bir qoç kimi istifadə etmək lazımdır, lakin qənimətləri toplayaraq pərdə arxasında qalmağı da bacarmaq vacibdir. Bu baxımdan, Çin üçün hər şey yaxşı gedir.

Rusiya qalib gəlməyə qadir deyil. Rusiya dayana bilmir və davam edəcək. Çin açıq şəkildə müharibəyə girmir, lakin onsuz Rusiya davam edə bilməz. Çin hadisələrin intensivliyini çevik şəkildə idarə edə bilər. Rusiyanın manevr yeri yoxdur, Çinlə başqası arasında tarazlıq qura bilmir.

Əsas Çin problemləri:

- iqtisadi yavaşlama, işsizliyin artması;

- ixracdan əhəmiyyətli dərəcədə asılılıq;

- əhalinin qocalması, demoqrafik artımın dayanması;

- kişilər və qadınlar arasında güclü disbalans;

- ucuz resurslara daimi ehtiyac.

Beləliklə, Çinin Rusiyaya qarşı strategiyası aşağıdakıları özündə ehtiva edəcək:

Rusiya resursları üzərində nəzarətin tədricən əldə edilməsi: Çin şirkətləri və birgə layihələr vasitəsilə əldə edilə bilən siyasi məsuliyyət olmadan real nəzarət.

Rusiya bölgələrinə demoqrafik nüfuz və işğal etmədən, güzəştlər və sairə vasitəsilə ayrı-ayrı bölgələr üzərində birbaşa siyasi nəzarət.

O zaman Ukraynanın marağı nəyi tələb edir? Rusiyanın dağılması və Çin aləti kimi xidmət edə bilməməsi Kiyevin maraqlarına uyğundur. Ancaq bu, xaotik şəkildə deyil, Çin nəzarəti ələ keçirməzdən əvvəl baş verməlidir.

Müəllif: Valeriy Pekar – Ukraynalı sahibkar və ictimai xadim.

Mənbə: UNİAN

Tərcümə AYNA.AZ-a məxsusdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 May 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri