Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 10 avqust, AZƏRTAC
Çin “Delfin” qasırğası ilə əlaqədar Şanxay da daxil olmaqla ölkənin şərqində bir milyondan çox insanı evlərindən təxliyə edib.
AZƏRTAC BBC-yə istinadən xəbər verir ki, meteorologiya rəsmilərinin bildirdiyinə görə, tayfun yerli vaxtla saat 17:30-da (GMT 09:30) Çinin Çjetsian (Zhejiang) əyalətinin Yuhuan bölgəsinə ilk dəfə çatarkən küləyin maksimum sürəti saatda 150 km-ə (94 mil/saat) çatıb.
Qasırğa bütün regionda nəqliyyatın hərəkətini iflic edib. Belə ki, təkcə Şanxayda 1400 aviareys ləğv olunub. Çin rəsmiləri daha əvvəl "Delfin" qasırğası ilə bağlı ən yüksək səviyyəli — "qırmızı" xəbərdarlıq elan etsələr də, bazar ertəsi səhər saatlarında onun statusunu tropik qasırğa səviyyəsinə endiriblər.
Qasırğa hazırda Çinin daxili rayonlarına doğru irəliləyir və hakimiyyət orqanları çərşənbə gününə qədər leysan yağışları, güclü daşqınlar və torpaq sürüşməsi riski barədə xəbərdarlıq edir.
Bu gün Şandun, Henan, Hubey, Anhoy, Tszyansu, Çjetsian əyalətlərində və Şanxay şəhərində güclü yağışların yağacağı proqnozlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 10 Avqust 2026 08:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















