Icma.az
close
up
RU
Çin elektromobilləri dünyanı ələ keçirir: ABŞ şirkətləri sağ qalacaqmı?

Çin elektromobilləri dünyanı ələ keçirir: ABŞ şirkətləri sağ qalacaqmı?

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ildə Şanxaydakı avtomobil sərgisi Çinin avtomobil sənayesində qlobal liderliyə iddialı olduğunu bir daha sübut edib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, CNN-in hazırladığı təhlildə göstərilir ki, Çin elektromobilləri texnologiya, qiymət və inkişaf sürəti baxımından ABŞ və digər ölkələrin istehsalçılarını geridə qoyur. ABŞ şirkətləri üçün isə bu, ciddi rəqabət və sağ qalmaq üçün yeni strategiyalar deməkdir.

Çin dünyaya nə nümayiş etdirdi?

Şanxayda keçirilən avtomobil sərgisi 60 futbol meydanı böyüklüyündə bir ərazidə təşkil olunmuş və əsas diqqət məhz Çin istehsalçılarının futuristik elektromobillərinə yönəlmişdi. Ziyarətçilər arasında ən çox maraq doğuran modellərdən biri "BYD Denza Z" adlı elektrikli idman avtomobili olub. Bu modelin dizaynına keçmiş "Audi" və "Lamborghini" dizayneri Volfqanq Egger rəhbərlik edir və o, avtomobili "emosional dizaynın simvolu" kimi təqdim edib. Sərgidə həmçinin "Xiaomi", "Nio" və digər texnologiya nəhəngləri də elektromobil sahəsindəki yeniliklərini nümayiş etdirib. Məsələn, "Nio" şirkətinin ET9 modeli musiqi ilə sinxron hərəkət edən süspansiya texnologiyası ilə təqdim olunub.

Çin avtomobil sənayesinin heyrətamiz yüksəlişi

CNN qeyd edir ki, hələ 15 il əvvəl Çin avtomobil markaları dünya bazarında qeyri-ciddi nüsxələrlə tanınırdı. Bu gün isə onlar elektromobil sahəsində texnologiya və innovasiya baxımından dünya liderləridir. 2024-cü ildə BYD şirkəti satış həcminə görə ABŞ-ın "Tesla"sını geridə qoyub. Bundan əlavə, "Volkswagen" kimi illərlə Çin bazarının lideri olmuş nəhəngləri də keçərək, daxili bazarda dominantlıq əldə edib. 2024-cü ildə Çin dünya elektromobil bazarının 60%-dən çoxuna nəzarət edirdi.

Ticarət müharibəsi və Çin şirkətlərinin strategiyası

ABŞ-ın keçmiş prezidenti Donald Trampın başladığı ticarət müharibəsi nəticəsində ABŞ və Kanada 2024-cü ildə Çin elektromobillərinə 100% gömrük rüsumu tətbiq edib. Avropa İttifaqı da bu rüsumu 45%-ə qədər artırsa da, bu tədbirlər Çin şirkətlərinin ixracına ciddi təsir etməyib. 2025-ci ilin ilk rübündə Çin 441 min ədəd elektromobil və hibrid avtomobil ixrac edərək, ötən ilin eyni dövrü ilə müqayisədə ixracını 40% artırıb. Çin şirkətləri ABŞ bazarını istisna etməklə, Avropa və digər ölkələrə yönəlib və bu da onların gəlir itkisindən yayınıb. Eyni zamanda, ölkədaxili rəqabət Çində texnoloji yenilikləri və qiymət/keyfiyyət nisbətini daha da gücləndirib.

Texnologiyada böyük sıçrayış

Çin şirkətləri elektromobil texnologiyalarında da ön sıralardadır. BYD tərəfindən təqdim edilən yeni batareya cəmi 5 dəqiqəlik enerji ilə avtomobilə 400 km məsafə qət etmə imkanı verir. "CATL" isə bu göstəricini 515 km-ə qədər artırdıqlarını açıqlayıb. Bundan əlavə, "Huawei" və "Momenta" kimi texnoloji şirkətlər sürücüyə yardım sistemlərini inkişaf etdirirlər. BYD 2025-ci ildən etibarən "God’s Eye" adlı sistemini 10 min dollar dəyərində olan büdcə avtomobillərinə də tətbiq etməyi planlaşdırır.

Amerikalılar üçün "şok qiymətlər" və təəccüblü keyfiyyət

CNN jurnalistləri ilə danışan amerikalı bir iş adamı, sərgidə 28 min dollarlıq elektromobilin oturacaq qızdırıcısı, səsli idarəetmə, tavan projektorları və geniş salon kimi funksiyalarla təchiz olunduğunu və bu qiymətə belə təchizatın təəccüb doğurduğunu bildirib. Bazarda daha ucuz – 20 min dollara başa gələn versiyalar da mövcuddur.

Xarici istehsalçılar da sürətə təəccüblənir

Yaponiyanın "Nissan" şirkətinin Çin üzrə rəhbəri Stiven Ma bildirib ki, pandemiyadan sonra ölkəyə qayıtdıqda Çindəki inkişaf sürəti onları heyrətləndirib: "Çin dəyişmişdi və bu, bizim gözləntilərimizi çox üstələdi".

ABŞ və Kanada nə edə bilər?

2024-cü ildə tətbiq edilən yüksək rüsumlar ABŞ və Kanadanın Çin elektromobillərinin genişlənməsinin qarşısını almaq üçün atdığı addımlardandır. Lakin bu tədbirlər kifayət etmir. Eyni zamanda, bu ticarət müharibəsi ABŞ şirkətlərini təchizat zəncirlərini Çindən çıxarmağa məcbur edib. "Ford"un Çin bazarı üzrə maliyyə direktoru Rayan Anderson bildirib ki, Trampın tətbiq etdiyi tariflərdən əvvəl şirkət mümkün qədər çox modeli Çinə gətirib. Onun sözlərinə görə, bu rüsumlar ləğv olunmayana qədər Çindəki fəaliyyət genişlənməyəcək.

Tərəfdaşlıqlar və strategiya dəyişiklikləri

Bəzi Avropa istehsalçıları strategiyalarını dəyişiblər. "Volkswagen" Çində daha çox model dizayn etməyə və istehsalı yerli bazara yönəltməyə qərar verib. Şirkətin rəhbəri Ralf Brandştetter bildirib: "Bu, daha çox yerli inkişaf, texnoloji tərəfdaşlıqlar və innovasiyaların sürətli tətbiqi deməkdir". Son illərdə Çin şirkətləri bir çox beynəlxalq tərəfdaşlıq qurublar. 2023-cü ildə "Volkswagen" "XPeng"ə 700 milyon dollar sərmayə yatırıb, "Stellantis" "Leapmotor" ilə, "Toyota" isə "Momenta" və BYD ilə əməkdaşlığa başlayıb.

ABŞ şirkətlərinin gələcəyi necə olacaq?

CNN-in araşdırmasına görə, Çin elektromobilləri üstünlük qazandıqca, ABŞ istehsalçıları ya daxiliyanma mühərrikli avtomobillərə fokuslanmalı, ya da elektromobil texnologiyalarında sürətli irəliləyiş etməlidir. Əks halda, ABŞ avtomobil sənayesini ağır günlər gözləyə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 May 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri