Icma.az
close
up
RU
Süni intellekt dünyanı ələ keçirir

Süni intellekt dünyanı ələ keçirir

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


"OpenAI" şirkətinin rəhbəri Sem Altmanın son illər texnologiya sahəsində fəaliyyəti nəticəsində "Yeni İctimai Müqavilə" tandemi yaranıb ki, bu da süni intellektin dünyanı səssizcə ələ keçirməsi və qlobal miqyasda oyun qaydalarının dəyişməsi deməkdir.
Reyting.az
xəbər verir ki, bunu amerikalı mütəxəssislər bildiriblər.
Qeyd olunur ki, dünya tamamilə yeni və müasir texnoloji bir dövrün astanasındadır. Bu dövrdə süni intellekt təkcə insan ağlına çatmağa çalışmır, həm də, tədricən insanın şüurunu, beyin potensialını üstələməyə başlayır.
Buna baxmayaraq, Sem Altman süni intellektin iblis olmadığı qənaətindədir. Altman "zərif singularlıq" anlayışını ictimaiyyətə təqdim edir ki, bu da süni intellektin mərhələli proseslərlə tamamilə apokaliptik ssenarilər olmadan cəmiyyətin ayrılmaz hissəsinə çevrildiyi anlamına gəlir.
Altmanın sözlərinə görə, "ChatGPT" artıq bu gün bir çox hallarda insan imkanlarını üstələyən nəticələr göstərən müxtəlif və həm də çətin vəzifələri yerinə yetirir. Yüz milyonlarla istifadəçi hər gün bu sistemə müraciət edir. Altmanın fikrincə, bu, onun üçün sadəcə fantastika yox, həm də yeni bir ictimai müqavilənin başlanğıcıdır. Bu müqavilədə isə süni intellekt çox yüksək inkişafın, tərəqqinin əsas alətinə çevrilir.
S. Altman əmindir ki, həmin gələcək bizimdir: “Artıq burada sistemlər təkcə məntiq yürütmür, həm də elmi kəşflər edirlər, proqramlarını yazırlar və müalicə üsullarını təklif edirlər, hətta öz bizneslərini qururlar. Onun tək məqsədi - hər kəs üçün əlçatan, demokratik, eyni zamanda tamamilə təhlükəsiz bir "dünya üçün beyin" qurmaqdır. Bizim vəzifəmiz təkcə güclü süni intellekt yaratmaq deyil, onu ədalətli, həmçinin hamı üçün əlçatan etməkdir, təkcə texnoloji elita üçün yox. Süni intellekt isə insanın həmkarı, dostu olacaq".

Altman vurğulayıb ki, çox yaxın gələcəkdə süni intellektin dəyəri elektrik enerjisinin qiymətinə yaxınlaşacaq. Bu da imkan yaradacaq ki, məlumatların emalı mərkəzləri tezliklə avtomatlaşdırılsın və robotların başqa robotlar yaratması tam mümkün olsun. "Lakin hələ ki, bu obraz da çox fantastik görünür, ancaq gerçəyə çevrilməkdədir",- deyə Altman əlavə edib.
"OpenAI" şirkətinin rəhbəri daha sonra əmək transformasiyasından söz açaraq deyib ki, əslində əmək bazarındakı dəyişikliklər onun da proqnozlarında önəmli yer tutur. Bəzi peşələrin yox olacağı yalan deyil, lakin onların yerini daha maraqlı və qaneedici yeni işlər tutacaq.
Milyarderin fikrincə, bu keçid mərhələsi yeni ictimai müqavilənin üzərində yenidən və əhatəli işlənməsini də tələb edir. O, ümumiyyətlə, işsizliyin tamamilə mümkün olmasa belə, müəyyən səviyyədə qarşısını almaq üçün əlindən gələni edəcəyinə çalışdığını bildirib.
"Düşünürəm ki, tərəqqi, əmək yanaşı yox, həmçinin kapital vergisi ilə maliyyələşən baza gəliri təklifi ilə yanaşı getməlidir",- deyən Altman söyləyib ki, onun yeganə idealı - maşınların hökmranlıq etdiyi yox, əksinə, insanların süni intellektin yardımı ilə öz potensiallarını daha da genişləndirmək üçün istifadə etdiyi bir cəmiyyətdir.
S. Altman qeyd edib ki, əgər onun fantastik konsepsiyası həyata keçərsə, 2030-cu illər inqilabi sıçrayış dövrü yox, bəşər övladının süni intellekt ilə birlikdə tədricən, həmçinin dayanıqlı təkamülünü simvolizə edən qeyri-adi bir dövr olacaq.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 İyul 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri