Çin hökuməti Trampın tarifləri səbəbindən çətinliklərlə üzləşdiyini bildirdi
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çinin İnsan Resursları və Sosial Təminat nazirinin müavini Yu Jiadong bəyan edib ki, bəzi Çin müəssisələri Donald Tramp administrasiyasının tətbiq etdiyi tariflərə görə çətinliklərlə üzləşib.
Redaktor.az bu barədə "TASS"a istinadla xəbər verir.
Bu vəziyyət bəzi işçilərin məşğulluğuna da təsir edib. Nazir müavini qeyd edib ki, birinci rübdə məşğulluq sabit qalsa da, təzyiqlər artır və hökumət iş yerlərinin artırılması üçün səylərini davam etdirəcək.
ABŞ-nin başladığı ticarət müharibəsi nəticəsində Çindən idxal olunan mallara tətbiq edilən tariflər 145 faizə çatıb. Çin bəzi məhsullara tarifləri sıfıra endirsə də, əks tariflər tətbiq edərək onları 125 faiz artırıb.
Pekin daha əvvəl ticarət tərəfdaşlarını Trampın təzyiqlərinə boyun əyməməyə çağırıb. ABŞ isə bəzi ölkələri Çinlə ticarəti məhdudlaşdırmağa təşviq etməyə çalışır.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 28 Aprel 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















