Icma.az
close
up
RU
Trampın Sülh Şurası ciddi çətinliklərlə üzləşib İDDİA

Trampın Sülh Şurası ciddi çətinliklərlə üzləşib İDDİA

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trumpın təşəbbüsü ilə yaradılan "Sülh Şurası" ilə bağlı vəziyyət vəziyyət qeyri-müəyyən olaraq qalır. 

Modern.az xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, Sülh Şurasının “Gaza Reconstruction, Economic Acceleration and Transformation Trust” (GREAT Trust) adlı təşəbbüsünün əsas məqsədi Qəzza sektorunda dağıdılmış infrastrukturun bərpası, iqtisadiyyatın dirçəldilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması idi. Amma, Qəzza zolağının bərpasını hədəfləyən fond fəaliyyətində ciddi problemlərlə üzləşib. 

Yaradılmasından dörd ay keçməsinə baxmayaraq, fond hələ də heç bir maliyyə vəsaiti cəlb edə bilməyib və bölgədə nəzərdə tutulan bərpa layihələrinin icrasına başlamayıb.

Məlumata əsasən, donor ölkələr və təşkilatlar Dünya Bankının idarə etdiyi fonda maliyyə ayırmaqdan çəkinirlər. Hüquqi qeyri-müəyyənlik, siyasi risklər və təhlükəsizlik problemləri layihənin icrasına mane olur. 

Fondun yaradılması ideyası 2026-cı ilin əvvəlində ABŞ və bir sıra beynəlxalq tərəfdaşların iştirakı ilə gündəmə gəlib. Təşəbbüsə ilkin mərhələdə ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Avropa İttifaqı ölkələri, Yaponiya və bəzi beynəlxalq maliyyə institutlarının dəstək verəcəyi bildirilirdi. İdarəetmə mexanizmi isə Dünya Bankı nəzdində formalaşdırılıb.

Lakin ekspertlər hesab edir ki, İsrail-HƏMAS qarşıdurmasının davam etməsi, Qəzzada idarəçilik məsələlərinin həll olunmaması və təhlükəsizlik zəmanətlərinin olmaması donorların ehtiyatlı davranmasına səbəb olur. Bu amillər fondun fəaliyyətini ləngidərək nəzərdə tutulan proqramların reallaşmasını mümkünsüz edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 May 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri