Icma.az
close
up
RU
Çin iqtisadiyyatı pis gündədir ABŞ rüsumları azaldacaqmı?

Çin iqtisadiyyatı pis gündədir ABŞ rüsumları azaldacaqmı?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Çinlə biznes əlaqələrinin davam etməsi üçün müəyyən mərhələdə idxal rüsumlarını azaldacağını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “NBC News”a verdiyi müsahibədə danışıb.

“Bir nöqtədə bu rüsumları azaldacağam, çünki əks halda biz onlarla biznes apara bilmərik”, – deyə Tramp qeyd edib. O, bu qərarın nə vaxt veriləcəyi ilə bağlı konkret tarix göstərməyib.

Trampın sözlərinə görə, Çin çox ciddi şəkildə ABŞ-la iqtisadi əməkdaşlıq etmək istəyir, çünki hazırda Çin iqtisadiyyatı “özünü çox pis hiss edir”.

Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkə və əraziyə qarşı yeni gömrük rüsumlarının tətbiq olunduğunu açıqlamışdı. Bu siyahıda Rusiya yer almır. Aprelin 5-də 10 faizlik ümumi tariflər, aprelin 9-da isə fərdi tariflər qüvvəyə minib. Daha sonra Tramp bəzi ölkələrə qarşı tətbiq edilən əlavə rüsumların 90 gün müddətinə dayandırıldığını bildirib. Ağ Ev bu fasilənin ticarət danışıqları ilə bağlı olduğunu və bu müddət ərzində yalnız 10 faizlik ümumi tarifin qüvvədə qalacağını açıqlayıb.

Eyni zamanda, Tramp Çin məhsullarına tətbiq edilən tarifləri 125 faizə qədər artırıb. Bundan əvvəl isə ABŞ-a qanunsuz fentanil maddəsinin daşınması ilə mübarizədə Kanada, Çin və Meksikanın yetərsiz fəaliyyət göstərdiyini əsas gətirərək bu ölkələrin məhsullarına 20 faizlik əlavə rüsum tətbiq edilmişdi.

Hazırda ABŞ-ın Çin mallarına qarşı ümumi tarifləri 145 faizə çatır. Cavab olaraq Çin də 12 apreldən etibarən ABŞ məhsullarına tətbiq etdiyi tarifləri 125 faizə qədər yüksəldib.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 May 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri