ABŞ Çin idxalına tətbiq olunan rüsumları dəyişməyəcək
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
ABŞ administrasiyası Pekinin Amerika seçkilərinə müdaxilə etdiyi iddialarına baxmayaraq, Çin məhsullarına tətbiq olunan idxal rüsumlarında dəyişiklik etməyi planlaşdırmır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin ticarət və istehsal məsələləri üzrə müşaviri Piter Navarro bildirib.
O, ABŞ-nin Çinlə bağlı tarif siyasətinə yenidən baxıb-baxmayacağı ilə bağlı suala cavab olaraq bunun nəzərdə tutulmadığını deyib.
Navarronun sözlərinə görə, tarif siyasəti ilə seçkilərə mümkün müdaxilə iddiaları fərqli məsələlərdir.
"Bu, Çinlə bağlı məsələ deyil. Söhbət ABŞ-də siyasi səviyyədə seçki sistemimizin təhlükəsizliyinin təmin edilməməsindən gedir", - deyə müşavir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 17 İyul 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















