Icma.az
close
up
RU
Çin İran strateji yaxınlaşması: Qlobal güc balansına açıq mesaj... Uzunmüddətli geostrateji planlar işə düşür

Çin İran strateji yaxınlaşması: Qlobal güc balansına açıq mesaj... Uzunmüddətli geostrateji planlar işə düşür

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə beynəlxalq siyasətdə baş verən proseslər göstərir ki, dünya sürətlə yeni geosiyasi mərhələyə qədəm qoyur. Bu mərhələnin əsas xüsusiyyəti Qərb mərkəzli beynəlxalq nizamın alternativ güc mərkəzləri tərəfindən açıq şəkildə sınağa çəkilməsidir. Bu kontekstdə Çindən İrana rekord sayda hərbi-logistik hava daşınmasının həyata keçirilməsi təkcə iki ölkə arasında əməkdaşlığın dərinləşməsi deyil, eyni zamanda qlobal güc balansına verilmiş açıq siyasi mesaj kimi dəyərləndirilməlidir.

Məlumatlara görə, cəmi 56 saat ərzində 16 ağır hərbi yük təyyarəsinin İrana enməsi indiyədək qeydə alınmış ən iri və ən sürətli strateji hava transferlərindən biridir. İranın “Fars” xəbər agentliyinə istinadən yayılan bu məlumat Pekin və Tehran arasında strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini açıq şəkildə nümayiş etdirir. Xüsusilə Çin istehsalı olan Y-20 “Kunpeng” tipli ağır strateji nəqliyyat təyyarələrinin istifadəsi əməliyyatın sıradan logistika daşınması deyil, yüksək səviyyədə planlaşdırılmış hərbi-strateji addım olduğunu göstərir.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu hərbi daşınma bir neçə mühüm siyasi və hərbi məqamı ön plana çıxarır: “İlk növbədə, Çin minlərlə kilometr məsafədə yerləşən müttəfiqini qısa zaman ərzində təchiz etmək qabiliyyətinə malik olduğunu nümayiş etdirdi. Bu, Pekinin yalnız regional deyil, artıq qlobal miqyasda hərbi-logistik gücə çevrildiyini göstərir. ABŞ və NATO-nun uzun illərdir üstünlük təşkil etdiyi strateji hava daşınması sahəsində Çinin bu cür nümayişkaranə addımı Qərb üçün ciddi siqnal kimi qəbul olunur.

İkinci mühüm məqam bu əməliyyatın Qərbin Yaxın Şərqdə tətbiq etdiyi sanksiyalar rejiminə açıq meydan oxuma xarakteri daşımasıdır. İran uzun illərdir ABŞ və Avropa İttifaqının sərt iqtisadi və hərbi sanksiyaları altında fəaliyyət göstərir. Lakin Çin bu addımı ilə faktiki olaraq göstərdi ki, Qərbin sanksiya mexanizmləri artıq universal təsir gücünə malik deyil. Pekin öz strateji maraqları naminə bu məhdudiyyətləri nəzərə almadan hərəkət etməyə hazırdır”.

Nicat İsmayılov

Nicat İsmayılov qeyd edib ki, Prezident Si Cinpinin İrana dəstəyinin bu şəkildə nümayiş etdirilməsi təsadüfi deyil: “Son illər Çin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Yaxın Şərqi əsas geosiyasi və iqtisadi həlqələrdən biri kimi görür. İran isə bu strategiyada həm enerji resursları, həm də coğrafi mövqeyi baxımından mühüm yer tutur. Beləliklə, sözügedən hava əməliyyatı təkcə hərbi dəstək deyil, eyni zamanda Çinin uzunmüddətli geostrateji planlarının praktik icrasıdır”.

Politoloqun fikrincə, analitiklərin bu prosesi “oyun dəyişdiricisi” kimi qiymətləndirməsi də məhz bu səbəblə əlaqədardır: “Çin bu addımı ilə anti-Qərb oxunun real güc mərkəzinə çevrildiyini nümayiş etdirir. İran, Rusiya və Çin arasında formalaşan qeyri-rəsmi strateji koordinasiya artıq yalnız diplomatik bəyanatlarla məhdudlaşmır, konkret hərbi və logistik əməliyyatlarla təsdiqlənir. Bu isə ABŞ-ın Yaxın Şərqdə uzun illər ərzində qurduğu təsir mexanizmlərini ciddi şəkildə zəiflədir.

Eyni zamanda, bu hadisə regional təhlükəsizlik baxımından da yeni risklər və suallar yaradır. İranın hərbi imkanlarının sürətlə gücləndirilməsi İsrail, Körfəz ölkələri və Qərb üçün əlavə narahatlıq mənbəyinə çevrilir. Bu, Yaxın Şərqdə onsuz da həssas olan güc balansını daha da mürəkkəbləşdirir və mümkün eskalasiya risklərini artırır”.

“Çindən İrana həyata keçirilən bu misli görünməmiş lojistik əməliyyat müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklərin bariz göstəricisidir. Dünya artıq təkqütblü modeldən uzaqlaşır və yeni güc mərkəzləri açıq şəkildə öz ambisiyalarını ortaya qoyur. Çin bu addımı ilə yalnız İrana deyil, bütün dünyaya mesaj verir. Pekin qlobal siyasətdə passiv müşahidəçi deyil, aktiv və iddialı oyunçudur. Bu reallıq isə yaxın illərdə beynəlxalq təhlükəsizlik və geosiyasi qarşıdurmaların daha da kəskinləşəcəyindən xəbər verir”-deyə Nicat İsmayılov bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri