Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Çin Kommunist Partiyası heyəti Yeni Azərbaycan Partiyasında

Çin Kommunist Partiyası heyəti Yeni Azərbaycan Partiyasında

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İyulun 23-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamenti direktorunun müavini Kanq Şuayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Partiyadan verilən xəbərdə bildirilib ki, görüşdə Tahir Budaqov tarixi ənənələrə, qarşılıqlı etimada və möhkəm dostluğa əsaslanan Azərbaycan-Çin münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin bu əlaqələrin inkişafına xüsusi önəm verdiklərini qeyd edib. Sədr müavini əurğulayıb ki, Prezident İlham Əliyevin 2025-ci ilin aprelində Çinə dövlət səfəri zamanı imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat iqtisadiyyat, nəqliyyat-logistika, yaşıl enerji, rəqəmsal texnologiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb.

Tahir Budaqov Azərbaycanın Vahid Çin siyasətinə qətiyyətli dəstəyini bildirərək, “Bir kəmər, bir yol” təşəbbüsü ilə Zəngəzur dəhlizinin geostrateji əhəmiyyətini qeyd edib. O, həmçinin Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın, o cümlədən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin və gənclər arasında əlaqələrin inkişafının münasibətlərin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

ÇKP Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin informatika və tədqiqatlar departamenti direktorunun müavini Kanq Şuay səmimi qəbula görə təşəkkür edərək, səfərin onlarda xoş təəssürat yaratdığını bildirib.

O, Azərbaycan-Çin münasibətlərinin hər iki ölkə liderinin siyasəti nəticəsində bütün sahələr üzrə uğurla inkişaf etdiyini, Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qətiyyətlə dəstəklədiyini vurğulayıb.

Hakim partiyalar arasında işbirliyinin əhəmiyyətindən bəhs edən Kanq Şuay səfər çərçivəsində keçirilən görüşlərin iki ölkə və partiyalar arasında tərəfdaşlıq münasibətlərinin daha da inkişafına töhfə verəcəyini bildirib.

Daha sonra nümayəndə heyətinin üzvləri Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi olan YAP-ÇKP əməkdaşlığının hazırkı durumu və gələcək hədəflərlə bağlı fikirlərini bildiriblər.

Görüşdə yüksəksəviyyəli siyasi dialoq şəraitində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsinin və ümumi maraq doğuran məsələlər üzrə təmasların daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, nümayəndə heyətinin İçərişəhərə, Dənizkənarı Milli Parka, “Sea Breeze” istirahət mərkəzinə, Mərkəzi Nəbatat Bağına, Bakı Gənclər Mərkəzinə, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Dövlət Bayrağı Muzeyinə və Heydər Əliyev Mərkəzinə ziyarətləri də təşkil olunub. ÇKP nümayəndələri, həmçinin Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Operetta inciləri” konsert proqramını izləyiblər və Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə birlikdə ağacəkmə aksiyasında iştirak ediblər.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri