Çin lideri böyük xarici şirkətlərin rəhbərləri ilə görüşüb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çin Xalq Respublikasının Sədri Si Cinpin böyük xarici şirkətlərin rəhbərləri ilə görüş keçirib.
APA xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Çin lideri transmilli şirkətlərin qlobal nizamın qorunmasında böyük məsuliyyət daşıdığını və Çinlə əməkdaşlıq etməli olduqlarını vurğulayıb.
Si Cinpin Çinin xarici sərmayədarlar üçün təhlükəsiz və sabit bir ölkə olduğunu bildirib: “Çinə investisiya qoymaq sabaha investisiya etməkdir”. O, xarici bizneslərin dövlət satınalmalarında ədalətli imkanlar əldə edəcəyini də qeyd edib.
Görüş zamanı Çin lideri ABŞ-Çin ticarət gərginliyinin dialoq yolu ilə həll edilməli olduğunu vurğulayıb və qlobal təchizat zəncirlərinin sabitliyinin təmin olunmasının vacibliyini qeyd edib.
Çin lideri ilə dəyirmi masada “Bridgewater Associates”in qurucusu Ray Dalio, “Standard Chartered”in baş direktoru Bill Vinters, “Blackstone Group”un baş direktoru Stiv Şvartsman və digər 40-dan çox xarici biznes rəhbəri iştirak edib.
Görüşdə həmçinin Çinin iqtisadi planlaşdırma agentliyi, maliyyə və ticarət nazirliklərinin rəhbərləri, Siyasi Büro daimi komitəsinin üzvü Cai Qi, xarici işlər naziri Vanq Yi və Baş nazirin müavini He Lifeng də yer alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 28 Mart 2025 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















