Çin Mbappe ilə şirkətlərin əməkdaşlığı dayandırmasını şərh edib
Icma.az, 525.az saytına istinadən bildirir.
“Çin vətəndaşlarına qarşı təhqiramiz sözlər və hərəkətlər təbii ki, Çin cəmiyyətinin etirazına və kəskin reaksiyasına səbəb olur”.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qо Jiakun İspaniyanın “Real Madrid” klubunda çıxış edən fransalı futbolçu Kilian Mbappe ətrafında yaranmış vəziyyəti şərh edərkən bildirib.
Diplomat Çinin bir sıra şirkətlərinin Mbappe ilə əməkdaşlığı dayandırmasına münasibət bildirərkən deyib:
“Çin xalqının hisslərini təhqir edən söz və hərəkətlər, təbii olaraq, cəmiyyətimizin bütün təbəqələrinin yekdil etirazına səbəb olur”.
Qeyd edək ki, futbolçu Çinin banisi və respublikanın ilk sədri Mao Tszedun (1893–1976) barədə zarafat etdiyi video görüntüləri internetdə yayıb.
Daha əvvəl Mbappe müsahibələrinin birində ən sevdiyi memin öz üzünün qrafik redaktor vasitəsilə dəyişdirilərək Mao Tszedunun təsviri üzərinə yerləşdirildiyi görüntü olduğunu söyləyib. Buna cavab olaraq, Çin şirkətləri Kilian Mbappe ilə reklam müqavilələrini ləğv etməyə başlayıblar.
Buna cavab olaraq Çin şirkətləri Kilian Mbappe ilə reklam müqavilələrini ləğv etməyə başlayıblar. Belə ki, enerji içkiləri istehsalçısı “Dunpen” və Çinin ən böyük süd təchizatçılarından biri olan “Menniu” bununla bağlı müvafiq bəyanatlar yayıblar. Onlar bildiriblər ki, milli hissləri təhqir edən istənilən hərəkətə qətiyyətlə qarşı çıxırlar və onlara qarşı sıfır tolerantlıq nümayiş etdirirlər.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 27 Oktyabr 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















