Çin lideri Cənubi Koreya Prezidenti ilə casusluqla bağlı zarafat edib
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Cənubi Koreya Prezidenti Li Çje Myonla görüşündə casusluqla bağlı zarafat edib.
"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.
Cənubi Koreyanın Kyoncu şəhərində keçirilən APEC sammiti çərçivəsində Çin prezidenti cənubi koreyalı həmkarına Koreya istehsalı olan displeylərlə təchiz edilmiş iki Xiaomi smartfonu hədiyyə edib, bundan sonra Li zarafatla cihazların təhlükəsizliyini soruşub.
Kütləvi yumor nümayişləri ilə tanınmayan Si, Linin zarafatı Çin dilindən tərcümə ediləndən sonra gülümsəyib və yumor hissini nümayiş etdirib.
"Gizli cihazın olub-olmadığını yoxlamaq lazımdır" deyən Çin lideri, cihazda insanı izləməyə imkan verən proqram təminatının əvvəlcədən quraşdırıldığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Noyabr 2025 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















