Icma.az
close
up
RU
Çin maşınları ucuzlaşır: Qiymətlər nə qədər düşəcək? KONKRET

Çin maşınları ucuzlaşır: Qiymətlər nə qədər düşəcək? KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycanda Çin avtomobillərinin qiymətində 2025-ci ilin sonu ilə müqayisədə 1000-2000 manat civarında ucuzlaşma müşahidə olunur.

Hazırda “Changan” və “Geely” kimi markalar, xüsusilə də geniş təchizatlı krossoverlər 1000-2000 manatlıq endirimlə daha cəlbedici qiymətə təklif edilir.

KONKRET.az xəbər verir ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev Bazkupost.az-a bildirib ki, Çin maşınlarının ucuzlaşması həmin nəqliyyat vasitələrinə marağın azalmasından qaynaqlanır:

“Keçən ilin sonlarına doğru güzəştlərin ləğvi məsələsi gündəmə gəlməmişdən satışla məşğul olanlar ölkəyə yetərincə çox avtomobil gətiriblər. Onlar da güzəştlərdən faydalanmaq üçün bunu müxtəlif fərdi şəxslərin adlarına rəsmiləşdirirdilər. İndi isə həmin avtomobillər satılmayaraq yığılıb qalıb. Nəticədə satış qiymətləri aşağı salındı ki, rəqabətə davam gətirə bilsinlər”.

Ekspert deyir ki, sözügedən tendensiya bazarın mövcud konyunkturasına uyğunlaşma prosesidir:

“Fərdi avtomobil satışı ilə məşğul olan şəxslər lazımi qədər vəsaiti investorlardan alır. Həmin investorlar isə 2025-ci il ərzində qoyduqları vəsait müqabilində 10-15 günə avtomobilin satılması ilə müəyyən qazanc götürürdülər. Amma sonrakı dövrlərdə ölkəyə daha çox avtomobilin gəlməsilə həmin investorlar qoyduqları pulu bir neçə ay ərzində çıxara bilmədiklərindən satışla məşğul olanlardan prosesin sürətləndirilməsini tələb etmək məcburiyyətində qaldılar. Ona görə də hamı avtomobilləri mənfəət əldə etmədən dəyər-dəyməzinə satmağa başladı”.

Həmsöhbətimizin sözlərinə görə, iyun-iyul ayına qədər bu tip Çin avtomobillərinin satışı başa çatarsa, ondan sonrakı dönəmdə bazarda yeni, normal qiymətlər formalaşacaq və stabilləşmə baş verəcək:

“Amma hazırkı dönəmdə yaranmış durum həm rəsmi diler bazarına, həm də fərdi satışla məşğul olanlara ziyandır. Bu da istər-istəməz bazardakı dinamikanı aşağı salır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Aprel 2026 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri