Icma.az
close
up
RU
Çin mediası İlham Əliyevin səfərinə geniş yer ayırdı FOTOLAR

Çin mediası İlham Əliyevin səfərinə geniş yer ayırdı FOTOLAR

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çin Xalq Respublikasının (ÇXR) mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərinə geniş yer ayırıb.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, dünyanın ən nüfuzlu informasiya agentliklərindən olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik “Jenmin Jibao” qəzeti, 1 milyard izləyici auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), nüfuzlu “China Daily” qəzeti, 50-dən çox dildə yayımlanan Çin milli radiosu, Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən “Global Times” qəzeti, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinə, səfər çərçivəsində ÇXR Sədri Si Cinpinlə görüşünə, imzalanan sənədlərə, ümumiyyətlə son illər hərtərəfli inkişafın müşahidə olunduğu Azərbaycan-Çin münasibətlərinə dair xəbərlər verib, reportajlar yayımlayıblar.

Çinin milli xəbər agentliyi olan Sinxuanın “Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb” başlıqlı məqaləsində deyilir ki, beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq Azərbaycan-Çin münasibətləri öz inkişaf dinamikasını qoruyub saxlayıb, iki ölkə qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Sinxua yazır ki, Azərbaycan və Çin bir-birinin milli dövlət suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü, milli şəraitə uyğun inkişaf yolunu dəstəkləyir. Məqalədə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində iki ölkənin səmərəli əməkdaşlığından da söz açılıb.

Sinxua agentliyi dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın mətnini də yayımlayıb.

Agentlik Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunan xüsusi material da hazırlayıb.

“China Global Television Network” (CGTN telekanalının internet səhifəsində “Çin Azərbaycanla hərtərəfli strateji tərəfdaşlıq qurur” başlıqlı yazıda qeyd olunur ki, Azərbaycan Prezidentinin Çinə səfər zamanı dövlət başçıları İlham Əliyev və Si Cinpin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulduğunu elan ediblər.

“Altai News Network” saytı yazır ki, Azərbaycan və Çin bir-birinə hörmət və etimadla yanaşır, bütün sahələrdə əməkdaşlığı, iqtisadi-ticari əlaqələri, o cümlədən rəqəmsal iqtisadiyyat, yaşıl enerji, elm və texnologiya sahələrində əməkdaşlığı genişləndirir, xalqlar arasında təmasların daha da sıxlaşmasına çalışırlar. Bundan başqa, tərəflər hakim partiyalar arasında əlaqələrin dərinləşməsi, beynəlxalq və regional məsələlərdə əlaqələndirmənin gücləndirilməsi istiqamətində səylərini davam etdirirlər.

Çin mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsindən çox sayda xəbər hazırlayaraq oxucularına təqdim edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Aprel 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri