Çin mina təmizləmə işləri üçün Azərbaycana 2 milyon yuan ayırdı
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əməkdaşlığımız xalqlarımızın rifahına real töhfə verir.
"Cebheinfo.az" xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey 2025-ci il üzrə illik mətbuat konfransında çıxışı zamanı bildirib.
Səfir deyib ki, Çin və Azərbaycan arasında əməkdaşlıq təkcə qarşılıqlı fayda təmin etmir, həm də hər iki ölkənin xalqlarına real töhfə verir.
Onun sözlərinə görə, dövlət başçıları tərəfindən imzalanmış Humanitar Mina Təmizləmə üzrə Anlaşma Memorandumu çərçivəsində Çin ANAMA-ya 2 milyon yuan məbləğində maliyyə yardımı ayırıb:
“Bu dəstək Azərbaycanın azad olunmuş ərazilərdə mina təmizləmə imkanlarının artırılmasına və bərpa işlərinə töhfə verib, yerli əhalinin təhlükəsizliyinin təmin olunmasına xidmət edib”.
Lu Mey bildirib ki, Çin humanitar sahədə də layihələr həyata keçirir. Belə ki, Heydər Əliyev Fondu vasitəsilə Bakının Xəzər rayonundakı iki uşaq evinə Çin istehsalı elektron avadanlıqlar təqdim olunub və Çin–Azərbaycan dostluğu rəqəmsal sinifləri yaradılıb.
Səfir əlavə edib ki, Naxçıvan Muxtar Respublikasında Çin tərəfindən maliyyələşdirilən distant təhsil avadanlıqlarının təqdimatında da iştirak edib. Layihə çərçivəsində Naxçıvandakı 216 məktəb yeni avadanlıqla təmin olunub.
Diplomat qeyd edib ki, Azərbaycan tərəfi də Çində sosial təşəbbüslərə dəstək göstərib:
“Azərbaycan Çinin Yunnan vilayətinin Malipo rayonunda yerləşən 2-ci ibtidai məktəbdə oyun meydançasının tikintisinə yardım edib. Bu layihələr xalqlarımız arasında dostluğun səmimi nümunələridir və xüsusilə gənc nəslə yönəlib”.
Səfir vurğulayıb ki, humanitar mübadilələr Çin–Azərbaycan dostluğunun təməlini daha da möhkəmləndirir.
Onun sözlərinə görə, ötən il mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq aktiv şəkildə inkişaf edib.
“Prezident İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə vətəndaşlarının adi pasportlarla qarşılıqlı vizadan azad olunması barədə Saziş imzalanıb. Vizadan azad rejim çərçivəsində turist axını əhəmiyyətli dərəcədə artıb. Yanvar–oktyabr aylarında Azərbaycana gələn Çinli turistlərin sayı 57 min nəfəri ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 50 faiz çoxdur”, – səfir bildirib.
Onun sözlərinə görə, Azərbaycan gəncləri arasında Çin dilinə və mədəniyyətinə maraq artmaqda davam edir, daha çox universitetlər Çin dili proqramları açır:
“Universitetlər, beyin mərkəzləri, media qurumları və mədəniyyət təşkilatları arasında qarşılıqlı səfərlər genişlənir, regionlararası əməkdaşlıq dərinləşir”.
Lu Mey qeyd edib ki, bu mübadilələr xalqlar arasında qarşılıqlı anlayışın və dostluğun daha da möhkəmlənməsinə xidmət edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 25 Dekabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















