Prezident milli komandamız üçün 2 milyon manat ayırdı
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi ilə bağlı sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması münasibətilə Prezidentin ehtiyat fondundan Federasiyaya 2 milyon manat vəsait ayrılıb.
Maliyyələşmənin təmin olunması Maliyyə Nazirliyinə həvalə edilib. Eyni zamanda, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
Qeyd edək ki, bu qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən qəbul olunub.
Aydın

Prezident yolun tikintisinə 2 milyon ayırdı
23 İyul 2025 13:37
Ev almaq üçün daha bir imkan Prezident 85 milyon manat ayırdı
28 İyul 2025 11:56
Prezident bu məşhur ziyarətgah üçün yarım milyon ayırdı KONKRET
02 May 2025 16:59
Prezident dövlət agentliyinə 1.5 milyon manat ayırdı
01 May 2025 14:02

