Icma.az
close
up
RU
Çin niyə kütləvi şəkildə qızıl alır? Bu da səbəbi…

Çin niyə kütləvi şəkildə qızıl alır? Bu da səbəbi…

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Qızılın qiyməti tarixi zirvələrə yaxınlaşdıqca, Çindən olan investorlar aktiv şəkildə qızıl alırlar.
Yeniavaz.com
“Newsweek”ə istinadla xəbər verir ki, ekspertlər bu tendensiyanın Çinin ABŞ-dən iqtisadi asılılığını azaltmaq planının elementi olduğunu vurğulayırlar.
Belə ki, qızılın qiyməti son həftələrdə nəzərəçarpacaq dərəcədə yüksəliş göstərir. Bu yüksəlişin arxasında həm qlobal gərginliyin artirdığı tələb, həm də Çinin həyata keçirdiyi alışlar dayanır.
Bu baxımdan mütəxəssislər qızılın yenidən “təhlükəsiz liman”a çevrildiyini bildirirlər.
Ötən həftənin əvvəlində qızılın 1 unsiyasının qiyməti ilk dəfə olaraq 3500 dolları ötüb. O vaxtdan bəri qiymət təxminən 3300 dollara qədər geriləsə də, qızılın qiyməti hələ də ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz yüksəkdir.
Qızıl bazarını yaxından təqib edən “BullionVault” platformasının direktoru Edrian Eş çinli investorlarının son yüksəlişdə xüsusilə həlledici olduğunu, Şanxay Qızıl Birjasındakı əməliyyat həcmlərində əhəmiyyətli artımların olduğunu bildirib.
Ümumdünya Qızıl Şurasının baş bazar strateqi Cozef Kavatoni də son yüksəliş trendinin əsasən Çin tərəfindən idarə edidiyini və hazırda ölkənin mərkəzi bankının əməliyyatları ilə bağlı məlumat axınının rekord səviyyədə olduğunu bildirib.
Kavatoni Çinin son 15 ildə həm fərdi investorlar, həm də dövlət qurumları vasitəsilə müntəzəm olaraq qızıl aldığını, lakin ticarət gərginliyi və geosiyasi qeyri-müəyyənliklərin xüsusilə Tramp dövründən bu yana bu prosesi sürətləndirdiyini vurğulayıb.
Eşin fikrincə, qızılın qiymətinin qalxmasını sırf geosiyasi gərginliklə əlaqələndirmək natamam yanaşma olardı. Lakin Çinin ABŞ-dən qaynaqlanan iqtisadi riskləri azaltmaq və öz maliyyə suverenliyini möhkəmləndirmək məqsədi bu dövrdə açıq şəkildə hiss olunur.
Kavatoni, mərkəzi bankların qlobal səviyyədə qızıl alışlarının rekord səviyyəyə çatdığını, Eş isə Çinin rəsmi ehtiyatlarına daxil olan qızılın miqdarının “reallıqdan uzaq” olduğunu bildirib. Eşin sözlərinə görə, Çin Xalq Bankı vaxtaşırı alış məlumatlarını Beynəlxalq Valyuta Fonduna (BVF) göndərsə də, bu məlumatların real alışları əks etdirdiyinə dair ciddi şübhələr var.
Nəticədə, Çinin rəsmi ehtiyatları ilə bazar təhlilinə əsaslanan proqnozlar arasında ciddi uçurum yaranır.
Ümumdünya Qızıl Şurası bildirir ki, 2025-ci ilin mart ayına Çinin rəsmi qızıl ehtiyatları 2 292 tondur. Bununla belə, bəzi müstəqil təhlillər bu məbləğin əslində 30 000 tondan çox ola biləcəyini iddia edir.
Mütəxəssislərin fikrincə, Çinin intensiv qızıl alışı dollara qarşı birbaşa maliyyə hedcinqi hesab olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 30 Aprel 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri