Icma.az
close
up
RU
Çin orduda siyasi sədaqətə nəzarət edən generalı qəfildən dəyişdi

Çin orduda siyasi sədaqətə nəzarət edən generalı qəfildən dəyişdi

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çin Xalq Azadlıq Ordusunun quru qoşunlarında siyasi sədaqətə cavabdeh olan general gözlənilmədən vəzifəsindən uzaqlaşdırılıb. Bu vəzifəyə siyasi sahədə təcrübəsi olmayan general Çen Xuey təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" Çin dövlət informasiya agentliyi "Sinxua"ya istinadən yazır.

Generalın əsas vəzifəsi şəxsi heyətin siyasi sədaqətini təmin etmək və lazımi idarəetməni həyata keçirməkdir.

General Çen Xuey əvvəllər hərbi-hava qüvvələrində çalışıb və 2023-cü ilin aprelində Xalq Azadlıq Ordusunun Aviasiya-Kosmos Qoşunlarının siyasi komissarı təyin edilib. Onun yeni vəzifəyə keçirilməsi analitiklər arasında təəccüb doğurub, çünki Çenin quru qoşunlarında heç bir iş təcrübəsi yoxdur.

Çen Xuey vəzifəsində Çin Şutununu əvəz edəcək. Çin Şutunun istefasının səbəbləri və onun gələcək təyinatı haqqında məlumat verilmir. Qeyd edilir ki, onun sələfi 65 yaşında təqaüdə çıxıb ki, bu da ordu rəsmiləri üçün qeyri-rəsmi pensiya yaşına uyğundur.

Təyinat mərasimində nə quru qoşunlarının komandiri Li Tsyyaomin, nə də keçmiş siyasi komissar Çin Şutun iştirak edib. Bu da əlavə suallar doğurub.

"Çində Mao Tszedundan bəri ən nüfuzlu lider (Si Szinpin – red.) ordunun üzərində nəzarətini gücləndirir. Bu il o, ordunun yenidən təşkili barədə göstəriş verib, 2015-ci ildə yaradılmış Strateji Dəstək Qoşunlarını üç yeni qoşun növü ilə əvəz edib. O, həmçinin 2014-cü ildən bəri ilk hərbi-siyasi işçi konfransını keçirib – əvvəllər bu tədbir onun XAO üzərində hakimiyyətini təsdiqləmək üçün istifadə edilirdi", - məlumatda deyilir.

Çin Xalq Azadlıq Ordusu dünyada ən çox sayda şəxsi heyətə malik ordu olaraq, son vaxtlar korrupsiya qalmaqalları ilə diqqət mərkəzindədir. Bu qalmaqallar müdafiə nazirlərindən ikisini, Raket Qoşunları ilə bağlı bir neçə yüksək vəzifəli rəsmiləri və Myao Huanı əhatə edib. Myao Hua Mərkəzi Hərbi Komissiyada fəaliyyət göstərmişdi.

Bu hadisələr Çin hökumətinin Tayvanı hərbi yolla ilhaq etmək niyyəti fonunda artırılan hərbi təlimlərin fonunda baş verir. ABŞ Müdafiə Nazirliyi qeyd edir ki, korrupsiya, Si Szinpin üçün Çin ordusunu müasirləşdirmək məqsədinə nail olmağı çətinləşdirə bilər.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see277

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see265

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see258

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see227

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see215

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see150

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri