Icma.az
close
up
RU
Regiona nəzarət edirik İran generalı

Regiona nəzarət edirik İran generalı

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

İran Silahlı Qüvvələri əvvəlkindən daha güclüdür və ölkəyə qarşı hər hansı yeni təcavüzə dərhal və qətiyyətlə cavab verəcək.

Modern.az IRNA agentliyinə istinadən xəbər verir ki, bunu İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya bildirib ki

Əkrəminiya bu açıqlamanı İranın cənubunda ordu komandirləri ilə keçirilən görüşdə verib. O, bildirib ki, ölkənin Silahlı Qüvvələri Hörmüz boğazının şərqindən qərbinədək dənizdə baş verən prosesləri yaxından izləyir.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri əməliyyat hazırlığını, dəniz hərəkətliliyini izləmək və regionun sularına nəzarəti təmin etmək imkanlarını nümayiş etdirib.

Əkrəminiya əlavə edib ki, İran Hərbi Dəniz Qüvvələri regionu gecə-gündüz nəzarətdə saxlayır. Strateji nəzarət Hörmüz boğazının şərq hissəsindən Hind okeanına qədər uzanır.

Hərbçilərə müraciət edən ordu sözçüsü onların “özünü dünyanın aparıcı hərbi gücü hesab edən düşmənə” qarşı müqavimətini yüksək qiymətləndirib. O bildirib ki, hərbçilərin əməliyyat mövqelərindəki fəaliyyəti düşmənin qarşıya qoyduğu məqsədlərə çatmasına mane olub.

Ordu sözçüsünün iddiasına görə, ABŞ İrana qarşı başladılan müharibə vasitəsilə bir sıra məqsədlərə nail olmağa çalışıb. Bu məqsədlərə ölkənin nüvə və raket imkanlarının zəiflədilməsi, müqavimət cəbhəsinin məhv edilməsi, siyasi quruluşun dəyişdirilməsi, ərazi bütövlüyünün pozulması, eləcə də milli kimlik və sivilizasiyanın sarsıdılması daxil olub.

Əkrəminiya bildirib ki, ölkəyə müəyyən ziyan dəysə də, düşmən strateji məqsədlərinə nail ola bilməyib və İran qalib çıxıb.

O qeyd edib ki, Vaşinqtonun yeganə yolu İranın qanuni və məntiqli şərtlərini qəbul etməkdir. Onun sözlərinə görə, təcavüz və düşmənçilik xarakterli addımlar ABŞ-a Hörmüz boğazı üzərində nəzarəti ələ keçirməyə imkan verməyəcək.

Əkrəminiya İranın düşmənlərinə xəbərdarlıq edərək bildirib ki, onlar istədikləri vaxt müharibəyə başlaya və öz istədikləri vaxt onu başa çatdıra biləcəklərini düşünməməlidirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2026 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri