Icma.az
close
up
RU
Çin Qərbin Rusiyaya qarşı sanksiyalarının təsirlərini öyrənir Səbəb nədir?

Çin Qərbin Rusiyaya qarşı sanksiyalarının təsirlərini öyrənir Səbəb nədir?

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

“The Wall Street Journal”da yayımlanan məqalədə qeyd olunur ki, Çin hökumət strukturları Ukrayna müharibəsinə görə Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarının təsirlərinin öyrənir. Bu məqsədlə hazırlanan hesabatlar mütəmadi olaraq Çin rəhbərliyinə təqdim edilir. 

Maraqlıdır, bu addımın pərdəarxası məqamı nədir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, bununla Pekin Qərbin Çinə qarşı mümkün sanksiyalarının hansı təsirlərə gətirib çıxarmış olacağını özü üçün müəyyənləşdirməyə çalışır:

“Çünki Çin Tayvanı ələ keçirməyə başlayarsa, Qərbin bu ölkəyə qarşı sanksiyaları özünü çox gözlətməyəcək. Ancaq Tayvan ətrafında vəziyyət gərginləşmədən də Vaşinqton Çinə qarşı növbəti sanksiyaların tətbiqinə hazırlaşır. Donald Tramp Ağ Evə yerləşəndən sonra Çin mallarına gömrük tariflərini artırmağı planlaşdırır. O ötən prezidentlik müddətində də bu siyasətə üstünlük verib. Hazırki Prezident Co Bayden Trampın Çinə qarşı siyasətini davam etdirib.Çinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən yeganə qazancı Rusiyanın neft və qazını ucuz qiymətə alması olub. Bu müharibə Çinə əlavə iqtisadi problemlər yaradıb. Qərb sanksiyalarından ehtiyat edən Çin bankları Rusiya bankları ilə əməkdaşlıqdan ehtiyat edirlər. Çin Rusiyanın “Qazprombank”ın “Union Pay” kartları üzrə nəğd ödəmələri dayandırıb”. 


 
Politoloq qeyd edib ki, Çin iqtisadiyyatında tənəzzül davam edir:

“Daşınmaz əmlak investisiyaları ölkənin bank sistemini böhrana salıb. Vətəndaşlar bank hesablarından vəsait çıxarmaqda çətinlik çəkirlər. Bank kartı istifadəçilərinin bir qisminə limitlər qoyulub. Bu isə öz növbəsində ipoteka, avtomobil kreditləri, məktəb haqlarının ödənilməsi və ya təcili tibbi yardım xərclərinin ödənilməsi kimi gündəlik həyatda problemlər yaradır. Digər tərəfdən, böyük şirkətlərin işçilərinə maaş ödənilməsində də problemlər yaranıb. Çünki şirkətlər maaşları ödəmək üçün banklardan pul çəkməlidirlər. Mövcud vəziyyətə baxmayaraq, Çin Xalq Bankının 2025-ci ildə iqtisadi aktivliyi stimullaşdıran siyasəti davam etdirəcəyi xəbəri yayılıb. Bank şirkətlər və ev sahiblərinin maliyyələşdirmə xərclərini daha da azaltmaq üçün tədbirlər görəcək. Ancaq Çində banklara olan etirabın azalması səbəbindən Çin Xalq Bankının fəaliyyət planını həyata keçirmək çətin olacaq. Buna baxmayaraq, Çin Xalq Bankı istehlak kreditləşməsini və daşınmaz əmlak bazarlarının sabitliyini təmin etmək üçün istifadə əlindəki imkanlardan istifadə etməyə çalışacaq. Bank istiqrazın ticarətini bərpa edəcək. Bütün hallarda 2025 Çin iqtisadiyyatı üçün ciddi çağırış ili olacaq”.

Firuzə Əliyeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri