Kreml: Kiyevin Qərbin raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi Moskvanın nüvə reaksiyasına səbəb ola bilər.
"Sherg.az" "Apa"ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, yeni doktrina çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasına qarşı Qərbin qeyri-nüvə raketlərindən istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər.
Peskov qeyd edib ki, Rusiya Federasiyası nüvə silahından istifadəni son məcburi tədbir kimi qiymətləndirir: “Rusiya Federasiyası həmişə məsuliyyətli mövqe tutur və nüvə təhlükəsinin azaldılması üçün səylər göstərir. Rusiyanın yenilənmiş nüvə doktrinası vaxtında nəşr olunub. Sənədin mövcud siyasi vəziyyətə uyğunlaşdırılması üçün nüvə doktrinasının yenilənməsi tələb olunurdu”.
Kremlin sözçüsü vurğulayıb ki, “xüsusi əməliyyat” Qərbin Rusiya Federasiyasına qarşı başlatdığı müharibə kontekstində keçirilir və məqsədlərinə çatana qədər davam edəcək.
Baxış sayı:58
Bu xəbər 19 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















