Icma.az
close
up
RU
Çin, Qırğızıstan və Özbəkistan Rusiyanı “ofsayd”a SALIR

Çin, Qırğızıstan və Özbəkistan Rusiyanı “ofsayd”a SALIR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çin, Qırğızıstan və Özbəkistan Rusiya Federasiyasından yan keçən dəmir yolunun tikintisinə başlayıb.

Modern.az xəbər verir ki, Qırğızıstanın “Tazabek” nəşrinin məlumatına görə, uzunluğu 450-500 km olan yol Çindən yüklərin Mərkəzi Asiya vasitəsilə Aİ-yə çatdırılmasına imkan verəcək. Layihənin ümumi dəyəri 4,7 milyard dollardır və yolun ötürücülük qabiliyyəti ildə 15 milyon ton yük təşkil edəcək.

Qırğızıstan prezidenti Sadir Japarov qeyd edib ki, bu marşrut Çindən Qırğızıstana və Mərkəzi Asiyaya, oradan isə Türkiyəyə, daha sonra isə Avropa İttifaqına yük daşımağa imkan verəcək.
Rusiya ilə Ukrayna arasında davam edən müharibə Orta Asiya, Çin və Cənub-Şərqi Asiya ölkələrini Avropa ilə ticarət əlaqələrini davam etdirmək üçün yeni yollar axtarmaq məcburiyyətində qoymuşdu.
2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Özbəkistanın Səmərqənd şəhərində keçirilən zirvə görüşü çərçivəsində Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun çəkilməsi haqqında saziş imzalanıb. Ümumi uzunluğu 454 kilometr olan yol 18 stansiya, irili-xırdalı 81 körpü və 41 tuneldən ibarət olacaq.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin aparılacağı Toruqart-Arpa-Məkmal-Cəlalabad marşrutu üzrə texniki-iqtisadi əsaslandırma işləri 2023-cü il iyun ayında başa çatdırılıb.
Ekspertlər deyirlər ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi Mərkəzi Asiyanın, Avropa ilə yanaşı, Cənub-Şərqi, Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxışını təmin edəcək.

Bu dəmir yolu Çin ilə Türkiyə arasındakı yükdaşımaların həcmini artırmaqla yanaşı, məsafəni 900 kilometr azaldacaq ki, bu da qatarların 8 gün ərzində mənzil başına çatmasını təmin edəcək. Məsafənin azalması isə öz növbəsində nəqliyyat xərclərinin azalmasına səbəb olacaq.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun səmərəliliyi həm də onun Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmasındadır. Bu layihə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yükdaşımaları həyata keçirmək üçün nəzərdə tutulmuş “Orta dəhliz”in marşrutlarından biri olacaq.
Azərbaycan da Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsində mühüm oyunçu ola bilər. Yüklər Çindən Qırğızıstan, Özbəkistan və Qazaxıstandan keçən dəmir yolu ilə Transxəzər dəhlizinə (Azərbaycana) daxil olacaq. Buradan isə Gürcüstandan keçməklə Türkiyə və Avropaya daşınacaq.
A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri