Gürcüstan Çin Qırğızıstan Özbəkistan marşrutunda iştirakda maraqlıdır
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstan yeni Çin - Qırğızıstan - Özbəkistan nəqliyyat marşrutunun ayrılmaz hissəsi olmaqda maraqlıdır.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini - iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirivişvili Gürcüstan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında bildirib.
Onun sözlərinə görə, Gürcüstan ölkələrin Avropa və digər bazarlarla nəqliyyat əlaqəsinin təmin edilməsində əsas rol oynamağa davam etmək niyyətindədir.
"Gürcüstanın diqqət çəkdiyi çox vacib yeni bir təşəbbüsü vurğulamaq istəyirəm. Biz Gürcüstanın yeni Çin - Qırğızıstan - Özbəkistan nəqliyyat marşrutunun ayrılmaz hissəsi olmasında və ölkələrin Avropa və digər bazarlarla birləşməsində əsas rol oynamağa davam etməsində son dərəcə maraqlıyıq", - o qeyd edib.
Nazir bildirib ki, bu məqsədə çatmaq üçün Gürcüstan nəqliyyat və logistika infrastrukturunun inkişafına əhəmiyyətli vəsaitlər yatırır. Xüsusilə ölkənin dəmir yolu şəbəkəsi modernləşdirilir və onun ötürücülük qabiliyyətinin 2029-cu ilə qədər ildə 15 milyon tondan 29 milyon ton yükə qədər artırılması planlaşdırılır.
Kvirivişvili həmçinin qeyd edib ki, tərəflər ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üzrə konkret tədbirlər barədə razılığa gəliblər. Gürcüstan yaxın vaxtlarda Özbəkistanla ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı nəzərdə tutur.
Bundan başqa, iclasda investisiyaların cəlb edilməsi, nəqliyyat və logistika sektorlarının inkişafı, Anakliya limanının region üçün əhəmiyyəti və turizm sahəsində əməkdaşlıq müzakirə olunub. Gürcüstan tərəfi iki ölkə arasında birbaşa aviareyslərin sayının artırılması üzərində işləmək niyyətindədir.
Komissiyanın iclası birgə protokolun imzalanması ilə başa çatıb.
///report///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 12 Oktyabr 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















