Çin şirkəti ilə enerji sahəsində strateji tərəfdaşlıq Sazişi imzalanıb
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanla Çinin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı kontekstində Energetika Nazirliyi və “China Energy Engineering Corporation Limited” şirkəti arasında enerji sahəsində hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sənədi energetika naziri Pərviz Şahbazov və şirkətin vitse-prezidenti Bo Wang imzalayıblar.
Nazirlikdən XQ-yə bildirilib ki, saziş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşün nəticəsi olaraq əldə edilmiş razılaşmaların hüquqi çərçivədə təsbit olunmasını təmin edir. Məqsəd Azərbaycanda təmiz enerji və müasir enerji sistemlərinin inkişafı istiqamətində əməkdaşlığı genişləndirmək və bu sahədə konkret layihələr icra etməkdir. Sənədə əsasən, “China Energy Engineering Corporation Limited” şirkəti ilə 160 MVt gücündə Füzuli Günəş Elektrik Stansiyası, Xəzər dənizində 200 MVt gücündə külək enerjisi, hidroenergetika və “Yaşıl Enerji Dəhlizi” layihələri üzrə əməkdaşlıq ediləcək. Saziş, həmçinin enerji planlaşdırılması və şəbəkə tədqiqatlarının həyata keçirilməsi, “yaşıl enerji”dən istifadənin inkişafı üzrə Tədqiqat Mərkəzinin yaradılması, bərpa olunan enerji sahəsində ixtisaslı kadrların hazırlanması üzrə əməkdaşlığı əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 02 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















