Icma.az
close
up
RU
“Green Car” MMC və “NIO” avtomobil şirkəti arasında strateji əməkdaşlıq sazişi imzalanıb

“Green Car” MMC və “NIO” avtomobil şirkəti arasında strateji əməkdaşlıq sazişi imzalanıb

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 15-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Green Car” MMC və “NIO” avtomobil şirkəti arasında COP29-un Mavi Zonasında yerləşən Azərbaycan pavilyonunda strateji əməkdaşlıq sazişi imzalanıb.

Modern.az xəbər verir ki, imzalama mərasimində Çin Respublikasının COP29 üzrə nümayəndə heyətinin rəhbəri və Çinin ekologiya və ətraf mühit nazirinin müavini Çjao Yingmin, Azərbaycan Respublikasının energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, “NIO” şirkətinin həmtəsisçisi və prezidenti Lihonq Qin və “Green Car” MMC-nin baş icraçı direktoru Rüstəm İbrahimov iştirak ediblər.

Sazişə əsasən, “NIO” şirkətinin Azərbaycandakı rəsmi distribyutoru “Green Car” MMC olacaq. “NIO” şirkətinin kompleks rəhbərliyi altında “Green Car” MMC məhsul və xidmətləri satışa çıxararaq fəaliyyətə başlayacaq və “NIO” şirkətinin yerli satış və xidmət infrastrukturunun, o cümlədən enerjidoldurma və batareya dəyişdirmə stansiyalarının, eləcə də xidmət mərkəzləri və “NIO” mərkəzlərinin yaradılmasını həyata keçirəcək və bu proseslərə investisiya yatıracaqdır.

2014-cü ildə təsis edilmiş “Green Car” MMC Azərbaycanın yaşıl texnologiya sənayesində aparıcı novatoru olmaqla yanaşı, elektrikli nəqliyyat vasitələri və dayanıqlı nəqliyyat həllərinin təşviqi və tətbiqi sahəsində ixtisaslaşmışdır. “Green Car” MMC-nin missiyası innovativ, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrini təklif etməklə daha təmiz və dayanıqlı gələcəyi təşviq edən infrastrukturu dəstəkləmək və beləliklə, yaşıl nəqliyyata keçidi stimullaşdırmaqdır

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Noyabr 2024 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri