Icma.az
close
up
RU
Çin şirkətləri Rusiyada saxta avtomobil hissələri satmağa başlayıblar...

Çin şirkətləri Rusiyada saxta avtomobil hissələri satmağa başlayıblar...

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən il belə hallar qeydə alınmamışdı, bu il isə...

...Bazar iştirakçılarının “İzvestiya” nəşrinə verdiyi məlumata görə, Çindən satıcılar tərəfindən təklif olunan xarici və rus markalı saxta avtomobil hissələri Rusiya bazarlarında böyük miqdarda görünməyə başlayıb. Keçən il belə hallar qeydə alınmamışdı, lakin bu ilin birinci rübündə Rusiya bazarında saxta komponentlərin sayı 20 faizdən çox artıb.

SİA-nın məlumatına görə, bu barədə Emex avtomobil hissələri bazarının marketinq direktoru İlarion Demçikov qeyd edib.

...Bunlar əsasən keçmiş markaların avtomobilləri üçün hissələrdir: Alman avtomobilləri üçün akkumulyatorlar, LED lampalar, Koreya avtomobilləri üçün orijinal filtrlər, həmçinin istehlak materialları...və daha nə bilim nələr...

...Çin şirkətləri də yerli brendlərdən ehtiyat hissələri klonlamağa başlayıblar.

...Ehtiyat hissələrinin qablaşdırılmasının dizaynını və üslubunu təkrarlamaqla, Çindən olan kiçik təchizatçılar Rusiya bazarına aid olmaq illüziyasını yaradırlar.

Bunu da Demçikov deyir.

...AvtoRus Şirkətlər Qrupunun nümayəndəsi Aleksey Kostaliyevin sözlərinə görə, Çindən olan satıcılar yerli malların klonlarını bazarlarda daha ucuz qiymətə təklif edirlər. Nəticədə, onlayn platformalar ən yaxşı təklifi olan məhsulu seçir və ilk növbədə onu verir, beləliklə, real istehsalçının məhsulları daha aşağı mövqelərə düşür və sifarişlər saxtakarlara gedir.

Emex-ə görə, bu sxem vasitəsilə Çin şirkətləri ən populyar yerli ehtiyat hissələri və aksesuarları satır: avtomobil fırçaları, əyləc diskləri, yastiqciqlar, filtrlər, texniki mayelər və s.

...Brendin klonlaşdırılması tendensiyası sistemlidir və təkcə avtomobil hissələri bazarında deyil, həm də digər seqmentlərdə müşahidə olunur.

Bunu MoySklad xidmətinin təsisçisi və baş direktoru Əsgər Rəhimbərdiyev deyir.

Onun sözlərinə görə, bəzi bazarlarda satıcıları yoxlamaq üçün etibarlı mexanizmlər, eləcə də müəllif hüquqları ilə bağlı məzmunu və brendləri qanunsuz surətdən çıxarmaqdan qorumaq üçün alqoritmlər yoxdur.

...Çin şirkətləri öz ölkələrində yüksək rəqabətlə üzləşirlər və yeni bazarlar inkişaf etdirməyə çalışırlar.

Alliance Trucks kommersiya avtomobilləri dilerləri şəbəkəsinin sahibi Aleksey İvanov izah edir.

...Yüksək inkişaf etmiş onlayn ticarət bazarına malik Rusiya onların diqqətinə ilk iddialıdır,-o qeyd edib.

Brend sahibləri öz məhsullarının klonlaşdırılması ilə mübarizə aparmağa çalışır və bazarlara məhkəmə öncəsi iddialar təqdim edirlər. Lakin nüsxələrin bazarlardan silinməsi problemi həll etmir - onlar başqa saxtalarla əvəz olunur.
Bunu da İvanov bildirib.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyul 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri