Icma.az
close
up
RU
Çin süni intellekt sahəsində ABŞ ı geridə qoya bilər

Çin süni intellekt sahəsində ABŞ ı geridə qoya bilər

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin süni intellekt (Sİ) texnologiyaları, yayılma və tətbiq miqyası baxımından Amerika Birləşmiş Ştatlarının analoji texnologiyalarını geridə qoya bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin analitiki Həl Brends öz məqaləsində yazıb.

“Çin süni intellekt üzrə qlobal bazarda pay uğrunda mübarizədə qalib gələ, həmçinin Sİ-nin ən səmərəli tətbiqi sahəsində üstünlük əldə edə bilər – hətta onun modelləri elmi baxımdan ən qabaqcıl olmasa belə,” – deyə müəllif bildirir.

Onun fikrincə, ABŞ və Çin arasında süni intellektin inkişaf strategiyalarındakı əsas fərq ondan ibarətdir ki, ABŞ daha çox ən qabaqcıl texnologiyaların hazırlanmasına fokuslanır, Çin isə Sİ-nin gündəlik iqtisadi və dövlət fəaliyyətlərinə tətbiqinə üstünlük verir.

Çinin üstünlüklərindən biri də ondan ibarətdir ki, ölkə öz Sİ texnologiyalarının özəl startaplar tərəfindən istifadəsinə şərait yaradır və bu texnologiyaları “Rəqəmsal İpək Yolu” təşəbbüsü və digər beynəlxalq proqramlar vasitəsilə bütün dünyaya yaymağa çalışır.

Hazırda süni intellekt texnologiyaları yarışında lider mövqedə ABŞ olsa da, bu vəziyyət sabit deyil və prezident Donald Trampın siyasəti nəticəsində dəyişə bilər.

Məqalədə xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində ABŞ-ın qurmaq istədiyi süni intellektlə bağlı məlumat mərkəzlərindən bəhs olunur. Müəllifə görə, bu data-mərkəzlər həm İran tərəfindən hava hücumlarının hədəfi ola bilər, həm də süni intellekt üçün vacib olan qabaqcıl yarımkeçiricilərin Çinə qanunsuz şəkildə ötürülməsinə yol aça bilər.

Bundan başqa, Tramp administrasiyası ABŞ texnologiya nəhəngi "Nvidia" şirkətinə Çinə "H20" çiplərini satmağa icazə verərək, dolayısı ilə Çin texnologiyalarının inkişafına dəstək göstərib.

ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu 9 avqustda "Nvidia"ya Çinlə bu satış üçün rəsmi lisenziya verib. Bu addım Trampın Çinlə ticarət razılaşmasına nail olmaq məqsədilə ixrac məhdudiyyətlərini yumşaltmasından sonra atılıb.

Qeyd edək ki, 24 iyul tarixində ABŞ prezidenti süni intellekt texnologiyalarının inkişafı və bu sahədə hazırlanan məhsulların ixracının artırılmasına yönəlmiş üç icra sərəncamı imzalayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Avqust 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri