Icma.az
close
up
RU
Çin tarixinin ən böyük hərbi paradı: Pekin Qərbə mesaj verdi FOTOLAR

Çin tarixinin ən böyük hərbi paradı: Pekin Qərbə mesaj verdi FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Çin sentyabrın 3-də İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasının 80 illiyi münasibətilə tarixinin ən böyük hərbi paradını keçirib.

Modern.az-ın məlumatına görə, Pekinin Tiananmen meydanında təşkil olunan tədbir ölkənin hərbi qüdrətinin nümayişi kimi qiymətləndirilib.

Çin, Rusiya və Şimali Koreya liderlərinin tədbirdə birgə iştirakı xüsusi diqqət çəkib. Çin lideri Si Cinpin çıxışında bəşəriyyətin “sülh və ya müharibə arasında seçim qarşısında” olduğunu bildirib və ölkəsinin həmişə dünya sülhünün tərəfdarı kimi qalacağını vurğulayıb. Tədbirdə Rusiya prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, habelə Asiya, Afrika və postsovet məkanından onlarla dövlət başçısı iştirak edib.

Paradda Çin ordusunun ən müasir texnologiyaları nümayiş etdirilib. İlk dəfə olaraq kiber və informasiya dəstəyi qüvvələrinin bölmələri meydanda hərbi kolonlarla keçid ediblər. Eyni zamanda hava hücumundan müdafiə sahəsində altı yeni raket kompleksi təqdim olunub. Onların arasında HQ-19, HQ-12 və HQ-29 raketləri xüsusi diqqət çəkib.

Dəniz bazalı pilotsuz döyüş texnikaları - sürətli katerlər, sualtı aparatlarla yanaşı, gəmi bazalı pilotsuz helikopterlər, minalama sistemləri və kəşfiyyat-zərbə dronları nümayiş etdirilib. Həmçinin müasir tanklar hesab edilən “Tip 100” və onları müşayiət edən dəstək maşınları ilk dəfə ictimaiyyətə göstərilib. Bu texnika süni intellekt elementləri və yüksək səviyyədə qarşılıqlı fəaliyyət imkanları ilə fərqlənir.

Çinin strateji qüvvələri də ayrıca nümayiş olunub. İlk dəfə olaraq nüvə başlıqları daşıyan raket kolonları parad meydanında görünüb. Onların sırasında “Julanq-1” hava bazalı raketləri, “Julanq-3” sualtı qayıqlardan buraxılan qitələrarası ballistik raketlər, “Dongfeng-61” və “Dongfeng-31” tipli qitələrarası yerüstü raketlər olub. Pekin həmçinin DF-5C strateji raketini nümayiş etdirib. Bu silah “planetar əhatə dairəsinə malik” kimi təqdim olunub və Çinin əsas çəkindirmə vasitəsi hesab edilir.

Əlavə olaraq YJ-15 hipersəsli gəmi əleyhinə raketlər, AJX-002 tipli pilotsuz sualtı aparatları, müxtəlif tipli PUA-lar, torpedolar və “robot canavarlar” da nümayiş olunub. Paradın simvolik məqamları arasında yeddi J-10 qırıcısının 14 rəngli tüstü zolağı buraxaraq uçuşu, 80 min göyərçinin azadlığa buraxılması və min nəfərlik orkestrin ifası olub.

Yaponiya rəsmi nümayəndə göndərməsə də, sabiq baş nazir Yukio Hatojama şəxsi qaydada iştirak edib. Tokio Pekinlə “qarşılıqlı faydalı münasibətlərin” inkişaf etdirildiyini bəyan edib. ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə Si, Putin və Kimi ABŞ-a qarşı “gizli ittifaq” qurmaqda ittiham edib. Analitiklər hesab edir ki, hərbi parad Pekin, Moskva və Pxenyanın Qərbə qarşı birlik mesajı kimi yadda qaldı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Sentyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri