Icma.az
close
up
RU
“Pekin paradı Si Tszinpinin Qərbə “güc nümayişi“ mesajıdır“ “The New York Times“

“Pekin paradı Si Tszinpinin Qərbə “güc nümayişi“ mesajıdır“ “The New York Times“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Çin artıq regional güc deyil, dünya düzənində söz sahibi olmaq niyyətini açıq şəkildə ortaya qoyur..."

Pekin küçələrindən keçən möhtəşəm hərbi parad sadəcə bayram deyildi - bu, Çinin gücünü və beynəlxalq ambisiyalarını göstərmək üçün hazırlanmış nümayiş idi. Döyüş təyyarələri, tanklar və ən müasir texnologiyalar paradın əsas məqamı oldu.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Çinin güc nümayişi və qlobal mesaj

Nəşr yazır ki, bu, son illərin ən genişmiqyaslı hərbi-siyasi şousudur. Parada şəxsən Çin lideri Si Tszinpin rəhbərlik edirdi. Onun yanında isə Rusiya prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In və daha 20-yə yaxın ölkə başçısı dayanmışdı. Bu nadir görüş Vaşinqtonun rəhbərlik etdiyi dünya düzəninə meydan oxuyan avtokratların birgə nümayişi kimi dəyərləndirilir.

Si Tszinpinin sözləri və gizli ünvanlar

Si çıxışında "xalqın azadlıq ordusunun həmişə qəhrəman qüvvə olduğunu" vurğulayıb və suverenliklə ərazi bütövlüyünü qoruyacağını bəyan edib. Onun sözləri həm Qərbə, həm də xüsusilə Tayvana və onun beynəlxalq tərəfdarlarına yönəlmiş mesaj kimi qəbul olunub.

Pekin paradı eyni zamanda Çinin İkinci Dünya müharibəsindəki rolunu yenidən şərh etməyə cəhd idi. Kommunist Partiyası özünü ölkəni "xilaskar" kimi təqdim edir və imperialist Yaponiyanın üzərindəki qələbəni millətçilik dalğası ilə yenidən gündəmə gətirir. Bu ritorika həm də iqtisadi qeyri-müəyyənlik fonunda daxili dəstəyi möhkəmləndirmək üçündür.

Yeni raketlər və texnologiyalar

"The Telegraph" yazır ki, paradda Çinin hərbi innovasiyalara qoyduğu böyük sərmayə göz önünə çıxıb. "Donfen" seriyasından müxtəlif tipli ballistik raketlər - qısa, orta və qitələrarası məsafəli, o cümlədən nüvə başlığı daşıya bilən "Donfen-31" və "Donfen-5C" nümayiş etdirilib. Ən diqqətçəkən məqam isə hipersəsli "Donfen-17" raketinin nümayişi olub. Bundan əlavə, sualtı dronlar və pilotsuz döyüş təyyarələri də Çinin arsenalında yer alıb.

Qərbə verilən siqnal və yeni düzən arzusu

Brukinqs İnstitutunun Çin Mərkəzinin direktoru Rayan Hass hesab edir ki, Si Tszinpin Çini beynəlxalq sistemin mərkəzi gücü kimi tanıtmaq istəyir. Onun fikrincə, Pekin hazırkı qaydaları dəyişərək onları öz maraqlarına uyğunlaşdırmaq niyyətindədir və digər avtokrat liderlərin parad tribunasına toplaşması bu iddianın təsdiqidir.

Qərbə meydan oxuyan üçlük

Bu parad Çinin təkbaşına güc nümayişi olmaqla kifayətlənməyib. Putin və Kim Çen Inın Pekində Si ilə yanaşı dayanması Moskva, Pxenyan və Pekinin getdikcə sıx əməkdaşlıq etdiyini göstərib. Bu isə Qərb üçün açıq mesajdır: Çin artıq regional güc deyil, dünya düzənində söz sahibi olmaq niyyətini açıq şəkildə ortaya qoyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri