Çin Tehrana təzyiq göstərir: Mossad İranda quru əməliyyat keçirib
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çin Tehrana diplomatik təzyiq göstərir, onu Hörmüz boğazında neft və mayeləşdirilmiş təbii qaz tankerlərinə hücumlardan çəkinməyə və dəniz təchizatına mane olmamağa çağırır.
Ölkə.Az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Bundan başqa, İran Qırmızı Aypara Cəmiyyəti ABŞ-İsrail hücumlarında ölənlərin sayının 787-yə çatdığını bildirir.
İranın dövlət televiziyasının məlumatına görə, İran Yaxın Şərqdəki ABŞ və İsrail hədəflərinə yeni raket zərbəsi endirib. Habelə bu səhər Qətərdəki ABŞ-nin Əl-Udeyd bazasına və İsraildəki müxtəlif hərbi hədəflərə hücum edib.
Bundan əlavə, İrandan Livana silah çatdırılmasında məsul olan Rza Xuzayinin İsrail dəniz qüvvələrinin Beyruta hücumu zamanı öldürüldüyü bildirilir.
"Əl-Ərəbiyyə"nin məlumatına görə, İsrail gecə ərzində İranda quru əməliyyatı həyata keçirib.
Əməliyyat Mossad və xüsusi təyinatlı qüvvələrin bölmələrini əhatə edir və daha böyük bir kampaniyanın bir hissəsidir.
Miri
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 03 Mart 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















