Çin Trampın 104% gömrük rüsumlarına cavab olaraq qəti tədbirlər görməyi planlaşdırır
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çin hakimiyyəti ABŞ prezidenti Donald Trampın 104% həcmində gömrük rüsumlarına cavab olaraq qəti tədbirlər görəcək.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Lin Szyan bildirib.
"Biz qanuni hüquq və maraqlarımızı qorumaq üçün qəti və səmərəli tədbirlər görməyə davam edəcəyik", - deyə o vurğulayıb.
Diplomat əlavə edib ki, Pekin Çinin suverenliyinə, inkişaf maraqlarına və təhlükəsizliyinə xələl gətirən hərəkətlərə dözməyəcək.
Aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiq olunmasını elan edib və minimum dərəcəni 10% səviyyəsində müəyyən edib. Ayrı-ayrı dövlətlər üçün o, fərdi baryerləri təsdiqləyib (o cümlədən Çinə münasibətdə - 34% həcmində). Cavab tədbiri olaraq Pekin aprelin 10-dan bütün ABŞ mallarına analoji məhdudiyyətlər tətbiq edəcək. Daha sonra Ağ Ev rəhbəri Çin hakimiyyəti ABŞ ilə ticarət sazişinə getməyənə qədər Çin məhsullarına 104% həcmində gömrük rüsumları tətbiq edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 09 Aprel 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















