Hindistan biznesi Trampın 50% lik gömrük rüsumlarına reaksiyasını bildirib
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
Hindistan Ticarət və Sənaye Palatası (CTI) ABŞ-ın idxal rüsumlarını 50%-ə qaldırmasına qarşı Hindistan hökumətini cavab tədbirləri görməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, CTI rəhbəri Brixeş Qoyal, ABŞ-ın rüsumları artırmasının Hindistan ixracatını 10-15% azaldacağına və bir çox sahələrin, xüsusilə elektronika, farmasevtika və avadanlıq istehsalçılarını mənfi təsir edəcəyinə diqqət çəkib. O, həmçinin əlavə edib ki, Çin kimi əsas rəqiblər Hindistanın bazarını ələ keçirə bilər.
Hindistan hökumətinin alternativ bazarlara yönəlməsi və ABŞ-dan asılılığı azaltması tövsiyə olunub.
Tramp, avqustun 6-da Hindistan məhsullarına əlavə 25%-lik rüsum tətbiq edən fərman imzalayıb. Bu addımın səbəbi isə Hindistanın Rusiya nefti alması ilə bağlı narahatlıqlardır. Trampın qərarı ilə ABŞ-ın Hindistan məhsullarına tətbiq etdiyi rüsum 50%-ə çatıb.
Hindistanın Baş naziri Narendra Modi, yerli istehsalçıları qorumağa hazır olduqlarını və yüksək qiymətə belə ödəməyi qəbul etdiklərini bildirib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 07 Avqust 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















