Icma.az
close
up
RU
“Çin Ukraynanı öz tərəfinə çəkərək oyun qurmağa cəhd edə bilər” RƏY

“Çin Ukraynanı öz tərəfinə çəkərək oyun qurmağa cəhd edə bilər” RƏY

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşündə bildirib ki, Çin hakimiyyəti Ukrayna ilə əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı fəaliyyət potensialını görməyə hazırdır.
"Çin xoşagəlməz amilləri aradan qaldırmaq, ikitərəfli münasibətləri və əməkdaşlığı inkişaf etdirmək üçün Ukrayna tərəfi ilə işləməyə hazırdır".

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Çin tərəflər arasında  statistik tərəfdaşlıq var, amma Çinlə Rusiyanın əlaqələri daha yaxşıdır:
“Çin Rusiyanın təmsil olunduğu Şərq blokuna daxildir, yəni, hansı ki, bu blokda İran, Rusiya, Şimali Koreya var və eyni zamanda Çin var. Düşünmürəm ki, bundan sonra Çin, Ukrayna münasibətlərində bir ciddi dəyişiklik olsun. Ona görə ki, bu həm də Çin, Rusiya münasibətlərində mənfi təsir göstərə bilər. Baxmayaraq ki, bu gün Rusiya xeyli dərəcədə  Çindən asılı vəziyyətdədir. Çin, Rusiyadan asılı olsaydı, onda öz hərəkətlərinə daha diqqətlə yanaşardı, amma Rusiya Çindən asılıdır. Ona görə Çin öz müstəqil siyasətini yeridəcək. Rusiyadan da heç bir asılılığı yoxdur əslində. Çin hansısa səviyyədə danışıqlarla işlər görmək istəyir. Başa düşür ki, Ukrayna danışıqlara icazə verməlidir. Ukrayna Çini vasitətçi, bir tərəfdaşı kimi qəbul eləməlidir. Ona görə də indidən Ukrayna ilə münasibətləri düzəltməyə çalışırlar. Bütün hallarda Çin xarici işlər nazirinin bu açıqlaması Çinin öz maraqlarının təzahürüdür”.
K. Novruzov onu da qeyd edib ki, Çin bundan sonra Ukrayna ilə münasibətləri inkişaf etdirəcəksə də, bu da yenə həmin maraqların təzahürüdür:
“Son nəticədə Ukraynanın deyil, Çinin maraqları təmin olunacaq. Amma yaxın perspektiv üçün münasibətlərdə ciddi dəyişikliyin olacağını düşünmürəm. Burada bir ABŞ faktorunu da nəzərə almaq lazımdır.
Çin və ABŞ, ciddi rəqibdirlər və Çin ABŞ-nin hegemonluğunu qəbul etmək istəmir. ABŞ bu gün müharibəni bitirmək istəyir və lazım gələrsə həm Rusiyanı, həm Ukraynanı güzəştə getməyə məcbur etmək istəyir. Çinin də maraqları başqadır. Çin də mümkündür ki, şərqi Avropada ABŞ-nin qurmaq istədiyi oyunu pozmaqdan ötəri indi Ukrayna ilə münasibətləri normallaşdırmaq istəyəcək.Çünki son vaxtlar və Vaşinqton- Kiyev münasibətləri də isti deyil. Tərəflər arasında soyuq küləklər əsir. Belə bir vəziyyətdə Çin Ukraynanı öz tərəfini çəkərək oyun qurmağa cəhd edə bilər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri