Icma.az
close
up
RU
Rusiya Ukraynanı əbədiyyən itirə bilər RƏY

Rusiya Ukraynanı əbədiyyən itirə bilər RƏY

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Kreml son ana qədər nüvə silahından istifadə etməyəcək, əvəzində ballistik raketlərdən istifadə etməyə başlayıb



  “Rusiya-Ukrayna müharibəsi yeni fazaya daxil olub. Xüsusilə baş verən son iki hadisə həm diqqət çəkir, həm də narahatlıq yaradır”.

  Bu sözləri “Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev deyib. 

Onun sözlərinə görə, ABŞ, Fransa və Britaniya Ukraynaya ATACMS və digər raketlərdən istifadəyə icazə verməsi və Prezident Vladimir Putinin Rusiyanın nüvə doktrinasını təsdiq etməsi vəziyyəti gərginləşdirən əsas amillərdir: 

“Ukrayna ordusu artıq ATACMS və Britaniya istehsalı “Storm Shadow” uzaqmənzilli raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirib. Rusiya isə nüvə silahından istifadə edəcəyinə dair xəbərdarlıq edir.

  ABŞ, Fransa və Britaniyanın Ukraynaya verdikləri silahlardan istifadəyə razılıq verməsi onların birbaşa müharibəyə qoşulması mənasına gəlmir. Yəni müharibə yenə Rusiya və Ukrayna arasında gedir. ABŞ, Fransa və Britaniyanın bu addımı atmaqda həm kollektiv, həm də fərdi maraqları var. Lakin əsas məsələ “tamam, yoxsa davam” sualına cavab tapmaqdır.

Kiyev uzun müddət idi, ATACMS və digər bəzi silahlardan istifadəyə dair qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyirdi. Hətta Rusiyaya effektiv cavab zərbəsi vura bilməmələrini də bununla əsaslandırırdılar.

  Ukraynanın Rusiyadakı hərbi hədəfləri Qərbin uzaqmənzilli raketləri ilə vurmağa başlaması ilk vaxtlar effekt verəcək. Lakin bir müddət sonra rus ordusu bu hücumları da dəf edəcək və daha ağır cavab zərbəsi vuracaq. Bunu göstərən məqam isə Prezident Vladimir Putinin Rusiyanın nüvə doktrinasını təsdiq etməsidir.

Fikrimcə, Rusiya son ana qədər Ukraynaya qarşı nüvə silahından istifadə etməyəcək. Kremlin mətbuat katibi Dmitri Peskovun da dediyi kimi, nüvə silahından istifadə Rusiya tərəfindən son çarə hesab olunur. Rusiya həmişə nüvə silahına çəkindirmə vasitəsi kimi baxıb.

Nüvə silahından istifadə həm xərcli, həm də riskli addımdır. Söhbət tələfatın miqyasının böyük olmasında deyil, zərbənin ətraf ölkələrə ekoloji zərərindən gedir. Rusiyanın ehtimal nüvə zərbəsi ən yaxşı halda Çernobıl fəlakəti ilə eyni miqyasda faciə ilə nəticələnə bilər”.

  T.Rzayev deyib ki, Moskva müharibəni Ukrayna hakimiyyəti ilə apardığını, xalqı ilə problemi olmadığını deyir. Belə bir hücumdan sonra bu arqument sıradan çıxacaq. Yəni Rusiya Ukraynanı əbədiyyən itirə bilər: "Moskva son ana qədər nüvə silahından istifadə etməyəcək. Lakin əvəzində ballistik raketlərdən istifadə etməyə başlayıb.

Rusiya Trampın ABŞ prezidenti səlahiyyətini icra etməyə başlamasını gözləyir. Yəni bu vaxta qədər radikal qərar verməsi real deyil. Putin Trampla ortaq məxrəcə gələ biləcəyini düşünür. Ən azından tərəflər arasında atəşkəs imzalana bilər. İndiki məqamda bu həm Rusiyaya, həm də Qərbə lazımdır.

O ki qaldı Üçüncü Dünya müharibəsinə, hələlik bundan danışmaq üçün tezdir. Ümumiyyətlə, klassik mənada Üçüncü Dünya müharibəsinin başlayacağını gözləmirəm. Lakin hazırda dünya miqyasında “müharibələr zənciri” var və bunu ən yaxşı halda “kölgə Üçüncü Dünya müharibəsi” adlandırmaq olar. Üçüncü Dünya müharibəsindən danışmağımız üçün ən azından bundan öncəki iki müharibəyə nəzər yetirməli, niyə “dünya müharibəsi” dediyimizi analiz etməliyik. Hətta Rusiya Ukraynada nüvə silahından istifadə etsə belə, bu, qeyd olunan tərzdə qlobal müharibəyə səbəb olmayacaq. Çünki təcrübə göstərir ki, bu tipli silahlar istifadə edildikdən sonra müharibə başlamır, əksinə, bitir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Noyabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see356

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see326

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see308

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see251

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see242

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see225

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see204

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see204

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see191

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see187

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see182

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see181

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see177

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see173

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see169

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see165

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see153

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri