“Çin Ukraynaya PUA satışını dayandırır, Rusiyaya tədarükünü artırır” “Bloomberg”
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
“Çin Ukrayna və Avropa ölkələrinə pilotsuz təyyarələrin satışını dayandırsa da, Rusiyaya satmağa davam edib”.
Yeniavaz.com xəbər verir ki, “Bloomberg” bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamalarına və öz mənbələrinə istinadən məlumat yayıb.
“Çinin “Mavic”i ruslar üçün açıqdır, lakin ukraynalılar üçün bağlıdır. Rusiya ərazisində Çin nümayəndələrinin olduğu istehsal xətləri var”, - Zelenski bildirib.
Nəşrə danışan bir avropalı rəsminin sözlərinə görə, Zelenskinin dedikləri Aİ-nin qiymətləndirmələrinə uyğundur. Onun sözlərinə görə, Çin Rusiyaya tədarükünü artırarkən bəzi dron komponentlərinin Qərb alıcılarına (məsələn, dron mühərriklərində istifadə olunan maqnitlər) tədarükünü azaldıb.
Pekin hər iki tərəfə silah tədarük etdiyini inkar edir və hərbi məqsədlər üçün istifadə oluna bilən ikili təyinatlı malların ixracına nəzarət etdiyini bildirir.
“Çinin Ukrayna ilə bağlı mövqeyi ardıcıl və aydındır: biz müharibəyə son qoymağa və sülh danışıqlarını təşviq etməyə sadiqik”, - Çin Xarici İşlər Nazirliyi nəşrə açıqlamasında bildirib.
Bu mövzuda digər xəbərlər:Çin ABŞ və Avropaya PUA hissələrinin tədarükünü məhdudlaşdırdı Bloomberg
10 Dekabr 2024 11:42
Çin Rusiyaya PUA verir
05 İyun 2025 13:58
Çin Rusiyaya PUA üçün ehtiyat hissələrinin tədarükünü kəskin ARTIRDI
14 Oktyabr 2025 15:24
Çin Rusiyaya robot tədarükünü artırıb
22 Oktyabr 2025 15:51
“Bloomberg”: ABŞnin Ukraynaya silah tədarükünü artırmaq imkanı məhduddur
24 Noyabr 2024 12:40
Baxış sayı:102
Bu xəbər 29 May 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















