Icma.az
close
up
RU
Çin ABŞ və Avropaya PUA hissələrinin tədarükünü məhdudlaşdırdı Bloomberg

Çin ABŞ və Avropaya PUA hissələrinin tədarükünü məhdudlaşdırdı Bloomberg

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin Xalq Respublikası (ÇXR) ABŞ və Avropaya PUA komponentlərinin ixracını məhdudlaşdırır. Gələn ildən başlayaraq Pekin bu tədbirləri daha da sərtləşdirə bilər.

Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir.

Nəşr yazır ki, Çin və ABŞ arasında ticarət məsələləri ilə bağlı gərginləşən münaqişə indi Ukraynanın müdafiəsinin mühüm hissəsinə çevrilmiş dronlara da şamil edilir.

Hadisələrdən xəbərdar olan bir neçə mənbənin sözlərinə görə, Çin istehsalçıları bu yaxınlarda pilotsuz uçuş aparatlarının yaradılması üçün istifadə olunan əsas komponentlərin ABŞ və Avropaya satışını məhdudlaşdırmağa başlayıblar.

Öz növbəsində, Qərb rəsmiləri bu tədbirləri Pekinin 2025-ci ildə tətbiq edəcəyi daha geniş məhdudiyyətlərə "müqəddimə” hesab edirlər. Çinin hissələrin ixracına nəzarəti genişləndirəcəyi gözlənilir.

Ticarət mübahisəsi bu ay Vaşinqtonun Çinə yüksək ötürmə qabiliyyətinə malik yaddaş çiplərinin və əlavə yarımkeçirici avadanlıqların satışına yeni məhdudiyyətlər qoyması ilə kəskinləşib. Buna cavab olaraq Pekin ABŞ ordusuna yüksək texnoloji və hərbi tətbiqi olan ikili təyinatlı məhsulların və bir sıra materialların satışını qadağan edib.

Donald Trampın sərt Çin gündəliyi ilə prezidentliyə qayıtmasından bir ay əvvəl görülən tədbirlər, istehsalçıların alternativ təchizat variantları axtardıqları üçün qiymətlərin yüksəlməsinə və ticarət axınının pozulmasına səbəb olub.

Bundan əlavə, dron komponentlərinin tədarükü ilə bağlı məhdudiyyətlərin həm Amerika, həm də qeyri-Avropa şirkətlərinə təsir etdiyi bildirilir. "Bloomberg”in sitat gətirdiyi mənələrə görə, Çin mühərriklər, akkumulyatorlar və uçuş nəzarətçiləri istehsalçıları məhdud tədarükə malikdirlər və ya təchizatını tamamilə dayandırıblar.

Nəşrin məlumatına görə, Qərb ölkələri təchizat zəncirlərini təmin etmək üçün Çindən kənarda dron istehsal edib yığmağa çalışırlar. Xüsusilə, Tayvan Avropa ölkələri ilə dron texnologiyası ətrafında əlaqə qurub.

Eyni zamanda, Çin ucuz cihaz avadanlıqları üçün istehsal mərkəzi olaraq qalır. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatına görə, Çin kommersiya pilotsuz uçuş aparatları bazarının təxminən 80%-nə nəzarət edir.

Eyni zamanda, Çinin ixrac məhdudiyyətləri Koreya, Yaponiya və ya digər ölkələrdən təchizatçılar tərəfindən rəqabət dalğasına səbəb ola bilər. Nəşrin mənbələrindən biri hesab edir ki, Pekin rəhbərliyi bu reallıqdan tam xəbərdardır.

"Bloomberg”in məlumatına görə, Ukraynadakı bir çox PUA istehsalçıları Rusiya ilə müharibənin gedişatını müəyyən etməyə kömək edən ucuz və effektiv silah istehsal etmək üçün Çin hissələrinə arxalanırlar. Çin iyul ayında hərbi məqsədlər üçün pilotsuz təyyarələrin ixracına qadağa qoyub. Pekin münaqişə tərəflərindən heç birinə silah vermədiyini bildirir.

Nizami Bağırov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri