Çin və ABŞ məsləhətləşmələrin yeni raundu ilə bağlı razılığa gəliblər
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Çin Dövlət Şurasının baş nazirinin müavini He Lifen bu gün ABŞ-nin maliyyə naziri Skott Bessentlə videobağlantı vasitəsilə danışıqlar aparıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
H.Lifen həm də Çin tərəfdən ABŞ ilə Çin arasında iqtisadi-ticari əlaqələr üzrə koordinatordur.
Danışıqlarda həmçinin ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir də iştirak edib. Tərəflər iqtisadi-ticari məsləhətləşmələrin yeni raundunun mümkün qədər tez bir zamanda keçirilməsi barədə razılığa gəliblər.
Bununla yanaşı, bu ilin əvvəlindən bəri aparılmış telefon danışıqları zamanı iki dövlətin başçıları arasında əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi, eləcə də ikitərəfli iqtisadi-ticari əlaqələrlə bağlı mühüm məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















