Çin və Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir Si Cinpin
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan ilə Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq münasibətləri qurulub və hazırda əlaqələrimiz hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf edir.
"Unikal" xəbər verir ki, bunu Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib.
Si Cinpin Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırlayıb, bu səfər çərçivəsində aparılmış müzakirələrin əhəmiyyətinə toxunub.
Çin Xalq Respublikasının Sədri ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini vurğulayıb. Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd edib, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 31 Avqust 2025 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















