Icma.az
close
up
RU
Azərbaycan Çin əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi

Azərbaycan Çin əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanla Çin Xalq Respublikası (ÇXR) arasında münasibətlər yeni dinamika almaqla dərinləşməkdədir. Prezident İlham Əliyevin Çinə dövlət səfəri, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında "Birgə Bəyanat"ın imzalanması ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə münasibətlərdə yeni səhifə açmış oldu. Qeyd edək ki, dövlət səfəri status baxımından səviyyəsinə görə ən yüksək səfər hesab olunur və il ərzində bir ölkəyə məhdud sayda dövlət səfəri edilir. Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi daha geniş, mahiyyəti daha dərin olur. Bu baxımdan Azərbaycan Prezidentinin dövlət səfəri Çin tərəfinin ölkəmizə, onun liderinə göstərdiyi hörmətin nümayişidir.

Kifayət qədər zəngin gündəliklə diqqət çəkən səfər zamanı bir sıra digər mühüm razılaşmalar əldə olundu, sənədlər imzalandı.

Yada salaq ki, 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bəyannaməyə əsasən, tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər. Tərəflər bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət etdiklərini vurğulayaraq, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirblər.

Hərtərəfli Birgə Bəyanatda isə qeyd olunub ki, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, "Tayvanın müstəqilliyi"nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir.

Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.

Göründüyü kimi, həm Çin, həm də Azərbaycan ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı ilə bağlı birmənalı mövqe ifadə edirlər. Eyni zamanda, tərəflərin bir-birinin seçdiyi inkişaf yolunu, təməl maraqlarını dəstəkləyir. Hərtərəfli strateji tərəfdaşlığın dövlət başçılarının diplomatiyasına və qarşılıqlı razılaşmalara əsaslanması, bu tərəfdaşlığın davamlı və uzunmüddətli xarakter daşıyacağını göstərir.

Azərbaycan və Çin ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verirlər. Bəyanatda da ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi vurğulanıb, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar qəbul olunub.

Diqqətçəkən məqamlardan biri də insanlar arasında mübadilənin daha da sadələşdirilməsi, bütün sahələrdə əlaqələrin və əməkdaşlığın aktivləşdirilməsi üçün təkan olacaq ümumvətəndaş pasportuna malik şəxslər üçün vizaların qarşılıqlı ləğvi haqqında hökumətlərarası Sazişin imzalanmasıdır. Bu, Azərbaycanla Çin arasında turist axınının əsaslı şəkildə artmasına, mədəni mübadilənin inkişafına müsbət təsir göstərəcək.

Eyni zamanda, sənədə əsasən Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir və BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün səyləri birləşdirmək məqsədilə "Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu"na qoşulmağa hazır olduğunu bildirir.

Çin isə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini dəstəkləyir və Azərbaycan tərəfinin AQEM-in inkişafına yönəlmiş "Daha Güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf" mövzusunda silsilə tədbirlərin keçirilməsi üzrə səylərini yüksək qiymətləndirir.

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşdə iki ölkənin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri bir daha vurğulanıb. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olunub.

Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib. Prezident İlham Əliyev buna görə təşəkkürünü bildirərək, COP29 çərçivəsində qlobal iqlim gündəliyi üçün vacib qərarların qəbul edildiyini xatırladıb.

Eyni zamanda, ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğu bildirilib, artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlərin imzalandığı və praktiki əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə bağlı "525"ə deyib ki, ümumiyyətlə, diplomatiya balans deməkdir, dövlət hansı istiqamətlərdə münasibətləri gücləndirməklə bağlı düzgün balans müəyyənləşdirəndə, öz yerini daha da təhlükəsiz və möhkəm edir: "Azərbaycan ilk mərhələlərdə bütün Avropa təşkilatlarında olub, ATƏT-dən tutmuş Avropa Şurasına qədər. Avropa İttifaqının 10 üzv dövləti Azərbaycanın strateji tərəfdaşıdır. Amma təbii ki, tarixə baxanda görürük ki, tariximiz bizi daha çox Şərqlə, Mərkəzi Asiya ilə bağlayır. Bu baxımdan Azərbaycan öz siyasətində balansı möhkəmləndirməklə məşğuldur. Vaxt var idi ki, Çinin dünya iqtisadiyyatında, siyasətində rolu böyük deyildi. Amma biz görürük son otuz ildə Çin demək olar ki, ikinci super dövlətə çevrilib. Belə olan halda bəli, Azərbaycan üçün zəruridir ki, Çin ilə də münasibətlərini xeyli irəli aparsın. Çin Xəzər hövzəsinin demək olar ki, Şərq sahilində Qazaxıstanda bir nömrəli ticarər partnyoru və investordur. Eyni zamanda, Çin Türkmənistanda, İranda bir nömrəli ticari partnyoru və investordur. Yəni Çin demək olar ki, bütün Xəzər boyu möhkəmlənirsə, təbii onun rolu Qərb sahilində - yəni Azərbaycanın yerləşdiyi sahildə də artacaq. Ona görə də cənab Prezidentin Çinlə münasibətlərin genişlənməsi siyasəti çox güclü siyasətdir və dövlətimizə xeyir gətirəcək".

Prezidentin Çinə dövlət səfərinin əhəmiyyətinə toxunan R.Musabəyov deyib ki, Çin Azərbaycanın dördüncü ticarət tərəfdaşıdır: "Hesab edirəm ki, bu istiqamətdə daha çox artıma nail olmaq üçün böyük potensial var. Biz Ələtdə Azad İqtisadi Zona yaratmışıq. Çinin bir tərəfdən təcrübəsini nəzərə almaq lazımdır, o biri tərəfdən Pekin Azad İqtisadi Zonadan istifadə edə bilər ki, öz mallarının burdan sonra bir çox ölkələrə daşınmasını təşkil etsin. Çini orada da görürük. İndi müəyyən layihələr var, onlardan biri də yaşıl energetika ilə bağlıdır. Bilirsiniz ki, günəş panelləri, külək tribunlarının hamısı Çin istehsalıdır. Biz bu istiqaməti də genişləndirmək istəyirik. Təbii ki, Çinlə əməkdaşlığımız güclənəcək və genişlənəcək. Eyni zamanda, Orta Dəhliz məsələsi qeyd olunmalıdır, hansı ki, Azərbaycandan vaz keçmək qeyri-mümkündür. Çinin də burda marağı var. Onu da unutmayaq ki, Çin siyasi cəhətdən çox nüfuzlu bir dövlətdir. Onun nüfuzu artan xətlə inkişaf edir. BMT Təhlükəsizlik Şurasında da Çinin sözü əhəmiyyətlidir. Bu baxımdan düşünürəm ki, Azərbaycan Çin ilə münasibətləri möhkəmləndirəcək".

Deputat onu da vurğulayıb ki, hər yerdə beynəlxalq hüququn erroziyası baş verir. Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı tapdaq altına atılır: "Rusiya da, ABŞ da, Fransa da bunu edir. Çin isə bu məsələlərdə prinsipialdır. Azərbaycan üçün isə belə prinsipial partnyor vacibdir".

Politoloq İlyas Hüseynov Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfərinin mühüm əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, bir tərəfdən ikitərəfli münasibətlərin gücləndirilməsi, digər tərəfdən çoxtərəfli əməkdaşlığın inkişafı baxımından bu səfəri dəyərləndirmək olar.

"Eyni zamanda dövlətlər arasında imzalanan sənədlərin çeşidlərinə, müxtəlifliyinə, əhəmiyyətinə nəzər salanda görərik ki, bunlar çox mühüm sənədlərdir. Bu, bir tərəfdən normativ hüquqi bazanı möhkəmləndirir, digər tərəfdən yeni perspektivlər formalaşdırır. Çünki Çin dünya siyasətində və iqtisadiyyatında mühüm aktordur. Azərbaycanın da mühüm geosiyasi mövqedə yerləşməsi Çin üçün əhəmiyyət kəsb edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Zəngəzur dəhlizləri kimi mühüm layihələrdə Çin fəal yer almağa çalışır. Çinin qlobal əhəmiyyətli "Bir kəmər, bir yol" layihəsi, qarşılıqlı investisiya, maraqlar və digər iqtisadi artıma hesablanmışdır. Bu dövlət səfərinin ölkəmiz üçün böyük iqtisadi faydaları olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Aprel 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see132

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see116

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri