Çin xarici sərmayələrin cəlb edilməsinə dair fəaliyyət planını açıqlayıb
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin Ticarət və İqtisadi Planlaşdırma Qurumu Xarici investisiyalarda sabitliyin təmin edilməsinə yönəlmiş fəaliyyət planını açıqlayıb.
Banco.az xəbər verir ki, Çin xarici investisiyalarda sabitliyi təmin etməyi hədəflədiyi fəaliyyət planı çərçivəsində xarici şirkətlərin Çinli şirkətlərdən pay almaq üçün Çindən borc götürməsinə imkan yaradacaq və əcnəbiləri Çində xidmət sektoruna investisiya qoymağa təşviq edəcək.
Çinin Ticarət Nazirliyi və İqtisadi Planlaşdırma Qurumu tərəfindən hazırlanan planda xarici investisiyaların "yeni istehsal vasitələrinin" inkişafındakı rolu və "Çin üslublu modernləşmənin təmin edilməsi" üçün əhəmiyyəti vurğulanıb.
Bundan əlavə, Çin biotibbi sahədə açılışı dəstəkləyəcəyini və xarici investorların heyvandarlıq sahəsində təşviq ediləcəyini bəyan edib.
Xatırladaq ki, Çinə birbaşa xarici investisiyalar ötən il əvvəlki ilə nisbətən 27,1% azalıb. Bu, rekord səviyyədə azalma deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
Baxış sayı:49
Bu xəbər 19 Fevral 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















