Xarici sərmayələrin həcmində artımlar müşahidə olunmaqdadır
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının Qurultayında çıxışı zamanı Azərbaycanda keçirilən iki Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış investisiya kontraktlarının ümumi həcminin 20 milyard dollardan çox olduğunu bildirib. Dövlət başçısı həm neft-qaz sektoruna, həm qeyri-neft-qaz sektoruna xarici investisiyaların lazımlığını qeyd edib.
Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yeni dövrün yeni hədəflərində qeyri neft-qaz sektoruna xarici investisiyaların cəlb edilməsi əsas istiqamətlərdən biridir. Bu ölkə iqtisadiyyatına yeni texnologiya və innovasiyanın transferi baxımdan da vacibdir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, yeni dövrün yeni hədəflərinə uyğun olaraq xarici sərmayələrin həcmində artımlar müşahidə olunmaqdadır:
"Ötən il Azərbaycan iqtisadiyyatına yönəldilən xarici sərmayənin həcmi 17 faiz artıb. Bu 16.7 milyard manatlıq xarici investisiya deməkdir. 2024-cü ildə bu göstərici 14.3 milyard manat idi. Xarici valyuta ifadəsində Azərbaycan iqtisadiyyatına ötən il 9.8 milyard dollarlıq xarici sərmayə cəlb edilib.
Azərbaycan xarici sərmayələri daha çox Böyük Britaniyadan cəlb edir. Bu isə birbaşa BP şirkətinin Azərbaycanın enerji sektorundakı mövqeyi ilə bağlıdır. Bununla yanaşı, Türkiyə, ABŞ, İsveçrə və eləcə də körfəz ölkələrindən də cəlb edilən investisiyanın həcmi artmaqdadır".
Millət vəkili qeyd edib ki, 2025-ci ildə isə bütövlükdə xarici sərmayə qoyluşları da daxil olmaqla bütün mənbələr üzrə Azərbaycan iqtisadiyyatına 34.2 milyard manat investisiya yönəldilib:
"Bu o deməkdir ki, ötən il sərmayə qoyluşları 3.3 faiz artıb. İnvestisiya qoyluşlarındakı artım məhz xarici sərmayələr hesabına mümkün olub.
Sonuncu Beynəlxalq İnvestisiya Forumunda 10 milyard dollarlıq müqavilələrin imzalanması isə yaxın illərdə Azərbaycana daha çox sərmayənin cəlbinə imkan yaradacaq. Bu innovativ ekosistemin daha da gücləndirilməsi baxımdan əhəmiyyətlidir".
Süleyman
Bu mövzuda digər xəbərlər:Xarici sərmayələrin həcmi artıb
13 Sentyabr 2025 23:43
Xarici valyutada depozit faizlərində kəskin artımlar müşahidə olunur Vüqar Bayramov
04 Mart 2025 12:21
Sərnişindaşıma sahəsində ciddi dəyişikliklər müşahidə olunmaqdadır EKSPERT FİKRİ
13 İyun 2025 18:33
Azərbaycan üzərindən daşınan yüklərinin həcmində daha yüksək artımlar gözlənilir
19 Avqust 2026 09:32
Serbiya səfiri: Azərbaycanla ticarət dövriyyəsində müsbət impulslar müşahidə olunmaqdadır
18 Fevral 2025 20:05
Baxış sayı:106
Bu xəbər 07 Oktyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















