“Çin Yaxın Şərqdə sülhün bərpasına töhfə vermək niyyətindədir” XİN
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Çin Yaxın Şərqdə sülhün bərpası üçün müvafiq tərəflərlə əməkdaşlıq edəcək”.
525.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin brifinqdə deyib.
O, ABŞ Prezidenti Donald Trampın Çin və Rusiyanın İrana yardım göstərmədiyi barədə bəyanatını şərh edərkən bildirib ki, ölkəsi Yaxın Şərqdə sülhün bərpası istiqamətində səylərini davam etdirəcək.
“Çin tərəfi bu məsələlərlə bağlı mövqeyini dəfələrlə açıqlayıb. Biz bundan sonra da müvafiq tərəflər və beynəlxalq ictimaiyyətlə birlikdə Yaxın Şərqdə sülhün və sabit inkişafın bərpası üçün konstruktiv səylər göstərəcəyik”, - XİN rəsmisi söyləyib.
Xatırladaq ki, daha əvvəl ABŞ lideri Rusiya və Çinin İrana dəstək vermədiyinə inanmadığını bildirib, əlavə edib ki, Çin və Rusiyanın bu cür addım atmaqla itirəcəyi çox şey var.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 Oktyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















