Icma.az
close
up
RU
Çin yeni qloballaşmanın memarıdır “ŞƏT in 25 ci sammiti çoxqütblü dünyanın manifestinə çevrildi”

Çin yeni qloballaşmanın memarıdır “ŞƏT in 25 ci sammiti çoxqütblü dünyanın manifestinə çevrildi”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

“Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci sammiti sadəcə diplomatik toplantı deyil, dünya siyasətində və iqtisadiyyatında gedən struktur dəyişikliklərinin göstəricisidir”.

“AzPolitika” bildirir ki, bunu politoloq Zaur İbrahimli adıçəkilən tədbirin yekunlarını şərh edərkən deyib. Onun sözlərinə görə, Qərbin yaratdığı qlobal nizam zəiflədikcə, ŞƏT alternativ idarəetmə arxitekturasının formalaşması üçün platforma rolunu oynayır.

Zaur İbrahimli qeyd edib ki, Pekin “İnsanlığın vahid taleyi olan icması” konsepsiyasını irəli sürərək hegemoniya və blok qarşıdurmasına alternativ təklif edir: “Bu, sadəcə ritorika deyil, Çinin real iqtisadi gücü üzərində qurulmuş bir modeldir. Qərbin zəifləyən maliyyə kapitalına qarşı Çin iqtisadiyyatı logistika, rəqəmsal platformalar, telekommunikasiya və istehlak məhsulları üzərində yüksəlir”.

Politoloq bildirib ki, ŞƏT Çin başda olmaqla Qlobal Cənub ölkələrinin çoxqütblü sistem qurmaq ambisiyalarını həyata keçirməsinə şərait yaradır: “Bu, hərbi ittifaq deyil, təhlükəsizlik və iqtisadiyyat üzərində qurulmuş strateji çərçivədir. Addım-addım Qərb institutlarına alternativlər yaradılır, dolların təsiri azalır. Bu, çoxvalyutalı sistemin əsasını qoyur”.

Zaur İbrahimlinin sözlərinə görə, Çin-Rusiya-Hindistan üçbucağı gələcəkdə qlobal siyasəti dəyişdirə bilər, lakin Çinlə Hindistan arasındakı rəqabət bu prosesi ləngidir. O, əlavə edib ki, “çoxqütblülüyün mürəkkəbliyini ən yaxşı göstərən nümunə Türkiyədir. Ankara NATO üzvü olmaqla yanaşı, ŞƏT ilə də əməkdaşlığı dərinləşdirir. Bu isə tarazlaşma baxımından çətin seçimlər doğuracaq”.

Politoloq vurğulayıb ki, Türkiyənin siyasəti çox vaxt “manevr” kimi qiymətləndirilsə də, əslində bu, Prezident R.T.Ərdoğanın rəhbərliyi altında formalaşmış praqmatik doktrinadır. Məqsəd böyük güclərin rəqabətindən maksimum fayda götürməkdir.

İbrahimli diqqətə çatdırıb ki, Çinin “Kəmər və Yol” təşəbbüsü fonunda Cənubi Qafqazın, xüsusən Azərbaycanın tranzit əhəmiyyəti artır: “Azərbaycan Asiya ilə Avropa arasında əlaqələrin gücləndirilməsində təbii tərəfdaşa çevrilir. Bakı ilə Pekin arasında əməkdaşlıq daha da dərinləşəcək”.

Politoloq qeyd edib ki, Mərkəzi Asiya ölkələri də Çinin yüksəlişindən istifadə edərək Rusiyanın təsirini tarazlaşdırmaq istəyirlər: “Amma Pekinin artan təsiri borc asılılığı və yerli iqtisadiyyatların dəyişməsi risklərini gətirir. Bu səbəbdən region ölkələri öz aralarında əməkdaşlığı gücləndirməlidir”.

Zaur İbrahimli yekun olaraq bildirib ki, ŞƏT-in 25-ci sammiti göstərdi ki, çoxqütblü dünya artıq fərziyyə deyil, reallıqdır. “Çin cəlbedici alternativ inkişaf modeli təklif edir. Yeni nizam isə sadəcə hegemoniyanın dəyişməsi yox, üst-üstə düşən ittifaqlar, rəqabətli valyutalar və diplomatik manevrlərlə xarakterizə olunacaq”, - ekspert vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Sentyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri