Icma.az
close
up
RU
Menu

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

ADY Bakı Tbilisi qatarına olacaq biletin qiyməti barədə məlumat yaydı

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

“Atletiko” təklifləri rədd edir

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

Belarusla əlaqələrimiz genişləndirəcəyik

“Vardanyana insan haqları mükafatı vermək ədalətə zərbədir” Azərbaycan hüquq müdafiəçilərindən sərt bəyanat KONKRET

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

Yerə mavi balina ölçüsündə asteroid yaxınlaşıb

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

ŞƏT in Çin zirvəsi

ŞƏT in Çin zirvəsi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti Zirvə görüşünə Çin ev sahibliyi edəcək. Tədbir 31 avqust - 1 sentyabr tarixində bu ölkənin Tyançzin şəhərində keçiriləcək.

ŞƏT-in növbəti sammiti ilə bağlı yayılan xəbərlər sırasında Ermənistanın da quruma üzv olmaq istəyi xüsusi diqqət çəkir. Artıq rəsmi İrəvan bununla bağlı müvafiq müraciət də ünvanlayıb ki, bu da müəyyən suallar doğurur.

Qlobal Cənubun ən böyük təsisatlarından biri

ŞƏT nisbətən gənc təşkilat olsa da, qısa müddətdə yüksək beynəlxalq nüfuz qazanmağa nail olub. Hazırda ŞƏT Qlobal Cənubun ən böyük təsisatlarından biridir. Qurum 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran, Belarus ), 2 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. ŞƏT-ə üzv dövlətlərin ümumi ərazisi 30 milyon kvadratkilometr (Avrasiya ərazisinin 3/5), əhalisi isə 1,5 milyard nəfərdir (dünya əhalisinin 1/4).

Qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq

Məlum olduğu kimi Azərbaycanın xarici siyasəti multiregional səciyyə daşıyır. Beynəlxalq səviyyədə nümunəvi inkişaf modelinə və hər cəhətdən müsbət imicə malik olan respublikamız daha çox ölkə və beynəlxalq təşkilatla sıx əlaqələr qurmağı hədəfləyib və bu istiqamətdə böyük uğurlara imza atıb. Şanxay Əməkdaşlıq Təşkilatınin regional və qlobal səviyyədə böyük perspektiv vəd etməsini, geniş iqtisadi potensial, siyasi dvidentlər amilini, həmçinin  qurumun prinsiplərinin,  məqsədlərinin Azərbaycanın gündəliyinin bir çox məsələləri ilə üst-üstə düşməsini nəzərə alan ölkə rəhbərliyi ŞƏT-lə əlaqələrin genişlənməsinə güclü siyasi iradə göstərir. 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in Zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumu təsdiqləyib. Ölkəmiz, eyni zamanda, bir neçə il öncə  təşkilatdakı statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün ŞƏT-in Katibliyinə rəsmən müraciət edib. Ancaq hələlik bu məsələ bəzi üzv dövlətlərin subyektiv yanaşmalarına görə həllini tapmayıb. Getdikcə möhkəmlənən Azərbaycan - ŞƏT əlaqələrində diqqət çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, Prezident İlham Əliyevin xüsusi dəvət əsasında ŞƏT-in Zirvə görüşlərində iştirakı ənənə halını alıb.

Azərbaycanın və Ermənistanın eyni vaxtda ŞƏT-ə üzvlüyə qəbul edilməsi perspektivi

Qeyd etdiyimiz kimi, Ermənistan ŞƏT-in Çin sammiti ərəfəsində quruma tamhüquqlu üzvlük məsələsini aktuallaşdırıb.  “Biz ŞƏT-ə daxil olmaq üçün müraciət etmişik və bu, bizim balanslaşdırılmış yanaşma siyasətimizin məntiqinə uyğun gəlir”, - deyə  Baş nazir Nikol Paşinyan bildirib.

Bununla bağlı son açıqlamalardan biri isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyandan gəlib. Lakin o, ŞƏT-ə  yalnız ölkəsinin deyil, həm də Azərbaycanın üzvlüyündən bəhs edib. A.Mirzoyan Ermənistanın  İctimai Televiziyasına müsahibəsində bildirib: “Biz hesab edirik ki, həm bizə, həm də Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük verilə bilər və verilməlidir. Və biz beynəlxalq tərəfdaşlar kimi qarşıdan gələn sammitə dəvət olunmuşuq və iştirak edəcəyik”. Ermənistan XİN rəhbərinin bu açıqlaması müzakirəlkərə yol açır. Sual yaranır: Azərbaycanın və Ermənistanın eyni vaxtda ŞƏT-ə üzvlüyə qəbul edilməsi perspektivi necə ola bilər? Bu, əlbəttə ki, üzv dövlətlərin siyasi iradəsindən asılı olacaq. Bir qədər bundan əvvəl Vaşinqtonda Donald Trampın şahidliyi ilə sülh sazişinin paraflanması, hazırda hər iki dövlətin sülh ritorikasından çıxış etməsi Azərbaycanın və Ermənistanın ŞƏT-ə eyni vaxtda üzv qəbul olunması üçün konsensus əldə edilməsinə müsbət təsir göstərə bilər. Burada o reallıq nəzərə alına bilər ki, artıq tərəflər zamanında Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn Zəngəzur Dəhlizinin açılması ilə bağlı ümumi razılığa gəliblər. Bu dəhliz ŞƏT ölkələri üçün də mühüm kommunikasiya bağlantısı olan Transxəzər marşrutunun bir qolu kimi inkişaf etdiriləcək. Bu isə daşımalar üçün daha geniş imkanlar deməkdir.

Ancaq əlbəttə ki, Azərbaycanla Ermənistanın ŞƏT-ə nə vermək imkanları fərqlidir. Qeyd edək ki, Azərbaycan qurumda təmsil olunan əksər dövlətlərlə ikitərəfli platformada siyasi dialoqu və bu əsasda iqtisadi məzmunlu əməkdaşlığı uğurla inkişaf etdirir, hətta ayrı-ayrı ölkələrlə strateji tərəfdaşlıq sənədləri imzalayıb. Bu baxımdan Azərbaycanın ŞƏT-də təmsilçiliyi arzuolunandır və bu yolda hər hansı bir maneə yoxdur. Eyni zamanda, respublikamız regionda nəqliyyat bağlantılarının, o cümlədən də Şimal-Cənub, Şərq - Qərb marşrutlarının və Orta Dəhlizin inkişaf etdirlməsinə mühüm töhfələr verib. Ermənistan barəsində isə bu fikirləri ifadə etmək mümkün deyil. Otuz il davam etdirdiyi işğalçılıq siyasəti bu Ermənistanı bütün regional layihələrdən kənarda qoyub və dalan ölkəyə çevirib. İndi bu ölkə üçün yeni perspektivlər açılıb. Ermənistanın iteqrasiya imkanlarının genişlənməsi üçün yekun sülh sazişinin imzalanması mühüm şərtdir. Bundan ötrü rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri mümkün qədər tez yerinə yetirməlidir.

Ermənistanın ŞƏT-ə üzvlüyü ilə bağlı sual doğuran digər vacib məsələ isə bu ölkənin həm də Avropa İttifaqına (Aİ) üzvlük kursu götürməsidir. O reallığı nəzərə almaq lazımdır ki, beynəlxalq səviyyədə Aİ və ŞƏT bir-birinə zidd qurumlar kimi qəbul olunur...

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Avqust 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see270

ADY Bakı Tbilisi qatarına olacaq biletin qiyməti barədə məlumat yaydı

19 May 2026 13:22see218

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

19 May 2026 06:01see217

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see215

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

19 May 2026 00:03see206

“Atletiko” təklifləri rədd edir

19 May 2026 00:16see198

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

19 May 2026 05:06see196

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

19 May 2026 01:30see182

Belarusla əlaqələrimiz genişləndirəcəyik

19 May 2026 14:06see180

“Vardanyana insan haqları mükafatı vermək ədalətə zərbədir” Azərbaycan hüquq müdafiəçilərindən sərt bəyanat KONKRET

18 May 2026 21:31see178

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

18 May 2026 23:30see178

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

18 May 2026 23:45see178

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

18 May 2026 23:53see178

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

19 May 2026 05:06see176

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

19 May 2026 14:05see175

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

19 May 2026 14:04see175

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see170

Yerə mavi balina ölçüsündə asteroid yaxınlaşıb

19 May 2026 02:27see165

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see162

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri