Çin yeni virusla mübarizə aparır: Sürətlə yayılır
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çində yeni infeksiya olan çikunqunya qızdırması sürətlə yayılmağa başlayıb.
Turkustan.az yerli mətbuata istinadən xəbər verir ki, Cənubi Çinin Quanqdonq əyalətində, xüsusən də Foşan şəhərində yoluxma hallarının sayı 1200 nəfərə yaxınlaşıb.
Xəstəliyin yüngül formada keçməsi və ölüm halının qeydə alınmaması sevindirici hal kimi qiymətləndirilir.
Mütəxəssislər bildirir ki, çikunqunya qızdırması əsasən Aedes cinsi ağcaqanadların dişləməsi ilə yayılır. Virus kəskin hərarət, oynaq ağrıları və dəri səpgiləri ilə özünü büruzə verir. Simptomlar danq qızdırmasına bənzəyir və yoluxmuş şəxslərdə fiziki zəiflik yarada bilər.
Hazırda yoluxmalar lokal miqyasda olsa da, sürətli yayılma riski dünya ictimaiyyətini narahat edir. /publika.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 İyul 2025 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















