Çin Yer kürəsinin fırlanmasına MÜDAXİLƏ EDİR
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çinin Yantszı çayı üzərində yerləşən Üç Dərə Bəndinin Yer kürəsinin fırlanma sürətinə təsir etdiyi və günün uzunluğunu cüzi artırdığı iddia olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə Britaniyanın LADbible nəşri NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzinin alimi Benjamin Fong Çaonun tədqiqatına istinadən məlumat yayıb.
Alimin sözlərinə görə, bəndin su anbarında toplanan böyük həcmdə su Yer kürəsində kütlənin paylanmasını dəyişdirib. Nəticədə günün uzunluğu təxminən 0,06 mikrosaniyə artıb, planetin fırlanma oxunun mövqeyi isə təxminən 2 santimetr dəyişib.
Çao bu təsirin son dərəcə kiçik olduğunu vurğulayıb.
Üç Dərə Bəndinin eni 2 335 metr, hündürlüyü isə 185 metrdir. Su anbarında təxminən 40 kubkilometr su saxlanılır. Su səviyyəsi dəniz səviyyəsindən 175 metr yüksəklikdə yerləşir.
Bəndin elektrik enerjisi istehsal gücü 22 500 meqavatdır. Bu göstərici onu dünyanın ən böyük su elektrik stansiyası edir.
Bununla yanaşı, alimlərin diqqətini Yer kürəsinin daxili nüvəsinin fırlanma xüsusiyyətləri də cəlb edir. “Nature” jurnalında dərc olunan araşdırmaya əsasən, daxili nüvənin fırlanma sürətində dəyişikliklər müşahidə olunur.
Yuta Universiteti, Cənubi Kaliforniya Universiteti, Kornell Universiteti və Çin Elmlər Akademiyasının mütəxəssislərinin iştirak etdiyi tədqiqat bir neçə onillik ərzində qeydə alınmış zəlzələlərin yaratdığı seysmik dalğaların təhlilinə əsaslanır.
Tədqiqatçılar daxili nüvənin hazırda Yer səthinə nəzərən fərqli fırlanma rejimində olduğunu və onun hərəkətinin zamanla dəyişə biləcəyini bildirirlər. Bununla belə, daxili nüvənin 2040-cı ilə qədər tamamilə dayanacağı barədə iddia qəti elmi nəticə kimi qəbul edilməməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 09 Oktyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















